Cəfərxanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Üçtəpə kənd inzibati ərazi dairəsində kənd.[1]
Cəfərxanlı | |
---|---|
39°19′ şm. e. 48°24′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 61 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1030 (2009) nəfər |
İncəçayın sahilindədir. Oykonim cəfərxanlı nəslinin adı ilə bağlıdır. Etnotoponimdir.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1030 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
31 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılmışdır.[4]
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |