Üçtəpə — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Üçtəpə kənd inzibati ərazi dairəsində kənd.[1]
Üçtəpə | |
---|---|
39°20′13″ şm. e. 48°25′39″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 6021 (2009) nəfər |
31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Təzəkənd kəndi Üçtəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Təzəkənd kənd inzibati ərazi dairəsinə verilmişdir.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 6021 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
31 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cəlilabad rayonunun Alar–Təzəkənd–Üçtəpə–Əliqasımlı–Cəfərxanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılmışdır.[5]