Bu adın digər istifadə formaları üçün bax:
Şıxlar.
Şıxlar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Komanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
- Şıxlar oyk., sadə.
- Ağdam rayonunun Qərvənd i.ə.v.-də kənd. Qarabağ düzündədir;
- Bakı şəhəri Qaradağ r-nunun Ələt qəsəbə i.ə.v.-də köçəbə;
- Cəbrayıl r-nunun Sirik i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Şıxlar Əhmədli olmuşdur. Kəndin yaxınlığında təqribən 10 ha sahəni əhatə edən şəhər xarabalığı və XIII–XIV əsrlərə aid türbələri olan Şıxlar adlı qəbristan mövcuddur;
- Burovar silsiləsinin ətəyindədir;
- Goranboy r-nunun Xınalı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Qarağaclar olmuşdur;
- Xaçmaz r-nunun Qımılqışlaq i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır;
- Qax r-nunun Almalı i.ə.v.-də kənd. Meşəlikdədir;
- Masallı r-nunun Qodman i.ə.v.-də kənd. Lənkəran ovalığındadır;
- Sabirabad r-nu- nun Ulacalı i.ə.v.-də kənd. Muğan düzündədir. Kənddə Soltan Hacı Bəkdaşinin oğlu Baba Samitin türbəsi (1585-ci ildə tikilmiş və şeyxlərin ibadət yeri olmuşdur) var. Kənd bu türbə və onun ətrafındakı şeyx qəbirləri ilə əlaqədar olaraq belə adlandırılmışdır;
- Şamaxı r-nunun Xilmilli i.ə.v.-də kənd. Çigilçay və Qozluçaym arasında, dağətəyi ərazidədir. Kənd Şirvan şeyxlərinə məxsus olduğuna görə belə adlandırılmışdır;
- Yardımlı r-nunun Bərcan i.ə.v.-də kənd. Burovar silsiləsinin yamacındadır. Oykonimin əsli Şeyxlər olub, həmin kəndlərdəki xanəgah, pir, türbə, şeyxlərə məxsus tikililər, qəbirlər, sərdabalarla bağlıdır. Bu tipli coğrafi adlar "şeyxlərə məxsus", "şeyxlər yaşayan yer", "şeyxlərin nəsli", "şeyxlərin dəfn olunduğu yer" və s. mənasmdadır. Keçən əsrdə Krımda Şeyxlər adlı yaşayış məntəqəsi qeydə alınmışdı.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 517 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
|
---|
Şəhərlər | | |
---|
Qəsəbələr | |
---|
Kəndlər | |
---|