Hamarqışlaq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Hamarqışlaq kənd inzibati ərazi dairəsində kənd.[1]
Hamarqışlaq | |
---|---|
39°10′15″ şm. e. 48°28′20″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 81 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 961 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 1517 |
Dağətəyi düzənlikdədir. Hamarava variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsini Burovar kəndindən çıxmış ailələr XIX əsrin ortalarında salmışlar. Oykonim hamar (düzənlik) və oba, yaxud qışlaq (maldarların müvəqqəti yaşayış yeri) komponentlərindən düzəlib, "düzənlik sahədə salınmış oba, qışlaq" mənasındadır.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 961 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |