Məşədivəlli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Sərhədabad kənd inzibati ərazi dairəsində kənd.[1] 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Məşədivəlli kəndi Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Sərhədabad kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir.[2]
Məşədivəlli | |
---|---|
39°15′ şm. e. 48°28′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 118 (2009) nəfər |
Burovar silsiləsindədir. Yaşayış məntəqəsi panavand tayfasının məşədivəlili tirəsinin məskunlaşması nəticəsində yaranmışdır.[3]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 118 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |