Zəhmətabad — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun Kövüzbulaq kənd inzibati ərazi dairəsində kənd.[1]
Zəhmətabad | |
---|---|
39°08′48″ şm. e. 48°17′15″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 559 (2009) nəfər |
Zəhmətabad kəndi Azərbaycan Respublikasının Cəlilabad rayonunun sərhədboyu (İran İslam Respublikası ilə) ərazisində yerləşir. Bu kənd ərazisində hündürlüyü 600-800 metr olan dağlarla əhatə olunmuşdur.Cənubda İran İslam Respublikası, Şimalda Soltankənd kəndi, qərbdə Kövüzbulaq kəndi, şərqdə Musalı kəndləri ilə həmsərhəddir. Bu kəndin ərazisində Respublikamızın sərhəd çayı olan Bolqarçay axır.[mənbə göstərin]
Zəhmətabad kəndinin Keçmiş adı Məhəmmədabad olmuşdur. Sovet hakimiyyəti dövründə kənd sakinləri yüksək əməksevər və zəhmətkeş olduqlarına görə kəndi Zəhmətabad adlandırmışlar.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 559 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı əsas olaraq kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil əkinçilik əsasən dəmyə əkinçiliyidir və ən çox dənli (arpa,buğda) bitkilər yetişdirilir. İqtisadi əhəmiyyətli olan Bakı-Yardımılı magistral yolu bu kəndin ərazisində keçir.