Kazımabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kazımabad kənd inzibati ərazi dairəsində kənd.[1]
Kazımabad | |
---|---|
39°08′08″ şm. e. 48°39′13″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2130 (2009) nəfər |
31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi nin qərarı ilə Kazımabad kəndi Muğan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kazımabad kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Cəlilabad rayonunun Svetlaya Zarya inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yerli əhalinin məlumatına görə, kəndin əsasını Kazım adlı şəxs qoyduğu üçün belə adlandırılmışdır. Oykonim Kazım (Ģ.a.) və abad (kənd) komponentlərindən düzəlib, "Kazımın kəndi" mənasındadır.[3]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2130 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |