Əliqasımlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Əliqasımlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Əliqasımlı | |
---|---|
39°17′09″ şm. e. 48°27′20″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 33 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2576 (2009) nəfər |
Əliqasımlı oykonimdir.[mənbə göstərin]
İncəçayın sağ sahilindən 4 km. aralı, Burovar silsiləsinin Şm.-Ģ. ətəyindədir. Etnonim əsasında formalaşmışdır.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2576 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
31 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılmışdır.[4]