İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica Italiana) — Avropanın cənubunda, Apennin yarımadasında yerləşən dövlət. Əsas etibarilə Cənubi Avropa regionunda yerləşməsinə baxmayaraq, Qərbi Avropanın da bir hissəsi hesab olunur.[3][4] Unitar, parlamentli respublika olan bu ölkənin paytaxtı Roma şəhəridir. Quru yolla Fransa, Avstriya, İsveçrə, Sloveniya, həmçinin anklav dövlətlər olan Vatikan və San Marino ilə həmsərhəddir. Təqribən 60 milyon nəfər olan əhalisi ilə Avropa İttifaqının üzv dövlətləri arasında 3-cü yerdədir.
İtaliya | |||||
---|---|---|---|---|---|
İtaliya Respublikası | |||||
| |||||
Himn: Il Canto degli Italiani |
|||||
Tarixi | |||||
• İtaliya krallığı | 17 mart 1861 | ||||
• Respublika | 2 iyun 1946 | ||||
• Mövcud konstitusiya |
1 yanvar, 1948 | ||||
• AİB-in qurulması | 1 yanvar 1958 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt |
Roma 41°54′ şm. e. 12°29′ ş. u.HGYO |
||||
İdarəetmə forması | Unitar parlamentli respublika | ||||
Prezident | Serco Mattarella | ||||
Baş nazir | Corca Meloni | ||||
Sahəsi | Dünyada 71-ci | ||||
• Ümumi |
301.230 km2 |
||||
• Su sahəsi (%) | 1,24 (2015) | ||||
Əhalisi | |||||
• Əhali | 58,853,482 nəfər (25-ci) | ||||
• Sıxlıq | 201.3 nəf./km² (74-cü) | ||||
• Ümumi | 2.114.355.756.914 $[2], 2.010.431.598.465 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $3.195 trilyon dollar (12-ci) | ||||
• Adambaşına | ▲ $54,216 dollar (32-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | ▲ $2.169 trilyon dollar (8-ci) | ||||
• Adambaşına | ▲ $36,812 dollar (26-cı) | ||||
İİİ (2021) | 0.895 | ||||
Demonim | İtalyan | ||||
Valyuta | avro | ||||
İnternet domeni | .it | ||||
ISO kodu | IT | ||||
BOK kodu | ITA | ||||
Telefon kodu | +39 | ||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Cənubi Avropa və Aralıq dənizi kimi mühüm coğrafi qovşaqlarda yerləşdiyinə görə bu ərazi saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi etmişdir. Müasir İtaliya ərazisi müxtəlif xalqlara ev sahibliyi etməsinə baxmayaraq, antik dövrdən bu ərazilərdə məskunlaşmış və yarımadaya öz adını vermiş italiklər bu ərazilərin ilk sakinləri hesab olunur. Bununla birlikdə, finikiyalılar və karfagenlilər əsasən Sardiniya və Siciliya adalarında öz kolonialarını yaratmışdır, həmçinin yunanlar Cənubi İtaliyada, etrusklar və keltlər isə müvafiq olaraq ölkənin cənubunda şimalında məskunlaşmışdılar.[5] İtaliklərin bir qolu olan latınlar eramızdan əvvəl 8-ci əsrdə Roma çarlığının əsasını qoydu, hansı ki, sonradan "Respublika və Xalq" hökuməti əsasında idarə olunan respublika elan olundu. Roma Respublikası isə ilk növbədə Apennin yarımadasında yerləşən qonşu xalqları işğal etməyə başladı və sonradan Avropa, Şimali Afrika, Asiya bölgələrini də ələ keçirməyə müvəffəq oldu. Eramızdan əvvəl 1-ci əsrdən etibarən artıq Roma İmperiyası adlanan bu dövlət Aralıq dənizi hövzəsində dominant qüvvə oldu, həmçinin regionun aparıcı mədəni, siyasi, dini mərkəzinə çevrildi. Bütün bu müddət ərzində imperiya nə qədər böyüsə də, İtaliya bu böyük dövlətin metropoliyası olaraq qaldı.[6][7]
Erkən Orta əsrlər dövründə, Qərbi Roma İmperiyasının süqutundan sonra, İtaliya ərazisi barbar hücumlarına məruz qaldı. Buna baxmayaraq, 11-ci əsrdən etibarən İtaliyanın şimali və mərkəzi regionlarında müxtəlif şəhər dövlətləri, dəniz respublikaları meydana gəldi ki, bu da ölkə ərazisində ticarət, kommersiya, bank sahələrində əməkdaşlıqla və öz növbəsində müasir kapitalizmə keçidlə nəticələndi.[8] Bununla belə, Mərkəzi İtaliyanın əsas hissəsi teokratik Papa dövlətinin tabeliyində idi, Cənubi İtaliya bölgəsində isə 19-cu əsrə qədər feodal münasibətləri davam etdi.[9] Avropaya yeni nəfəs verən İntibah dövrü də İtaliyada başladı və sonradan bütün Avropaya yayıldı. Həmin dövrdə Avropa xalqlarının yenidən humanizm, elm, coğrafi kəşflər, incəsənət kimi mühüm sahələrə marağı artdı. İtalyan mədəniyyəti dirçəldi, məşhur alimlər, rəssamlar, polimatlar meydana çıxdı. Orta əsrlər dövründə italiyalı tədqiqatçılar Uzaq Şərq və Yeni dünyaya aparan yeni marşrutlar kəşf etdi. Buna baxmayaraq, Aralıq dənizini kənarda qoyan yeni ticarət marşrutlarının açılması nəticəsində İtaliyanın ticari və siyasi gücünə ciddi zərər dəydi.[10] İtaliya şəhər dövlətləri arasında əsrlər boyunca davam edən toqquşmalar və rəqabət onları zəiflətdi, İtaliyanı vahid dövlət halında birləşməyə imkan vermədi. Həmin şəhər dövlətlər isə müxtəlif Avropa qüvvələrinin işğalına məruz qaldı.
19-cu əsrin ortalarından etibarən italyan milliyətçiliyi ideyasının yüksəlişi ilə birlikdə xalqın xarici işğala qarşı inqilabi hisləri qalxdı. Əsrlər boyunca davam edən xarici ağalığına qarşı italyan xalqının milli mübarizəsi 1861-ci ildə öz nəticəsini verdi və elə həmin ildə böyük güc kimi tanınan vahid İtaliya Krallığı yarandı.[11] 19-cu əsrin sonlarından 20-ci əsrin əvvəllərinə qədər ölkədə sürətli sənayeləşmə prosesi baş tutdu, lakin İtaliyanın cənubu bu prosesdən bir qədər kənarda qaldı.[12][13] Birinci dünya müharibəsi ərzində "Böyük dördlük" tərəfdə olmasına baxmayaraq, müharibədən sonra ölkə iqtisadi böhran və sosial qarışıqlıq mərhələsinə daxil oldu ki, nəticədə 1922-ci ildə italyan faşizmi ölkədə hakimiyyəti ələ keçirdi. İkinci dünya müharibəsindəki hərbi məğlubiyyət iqtisadiyyatın çökməsinə və vətəndaş müharibəsinin başlamasına səbəb oldu. 1946-cı ildə monarxiyanın ləğv olunması nəticəsində demokratik respublika quruldu, yüksək iqtisadi inkişaf əldə olundu və İtaliya dünyanın ən çox inkişaf etmiş ölkələrindən birinə çevrildi.[14]
Bu gün İtaliya mədəni və iqtisadi cəhətdən dünyanın ən çox inkişaf etmiş ölkələrindən biri hesab olunur[15][16], ÜDM reytinqinə görə dünyada səkkizinci[17], Avropa İttifaqı ölkələri arasında üçüncü pillədədir, həmçinin mərkəzi bankında olan qızıl ehtiyatının həcminə görə dünya ölkələri arasında üçüncü yerdə qərarlaşmışdır.[18] İnsanların orta ömür müddəti, yaşam keyfiyyəti, səhiyyə və təhsil sahələrində qabaqcıl mövqedədir. Ölkə regional və qlobal səviyyədə iqtisadi, hərbi, mədəni və diplomatik sahələrdə məsələlərin həllində önəmli rol oynayır və böyük güc hesab edilən ölkələrdən biridir.[19][20] Ölkə Avropa İttifaqı da daxil olmaqla, BMT, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Ümumdünya Ticarət Təşkilatı, Böyük yeddilər, G20, Avropa Şurası, Şengen zonası və bir çox başqa beynəlxalq təşkilatların qurucu və ya aparıcı üzvüdür. Ölkə uzun müddət incəsənət, musiqi, ədəbiyyat, fəlsəfə, elm və texnologiya, həmçinin dəb sahələrində qlobal mərkəz rolu oynamışdır.[21] Öz mədəni zənginliyi ilə fərqlənən İtaliya Ümumdünya irsi siyahısında olan mədəni abidələrinin sayına görə də (55) ilk pillədədir və xarici turistlər tərəfindən ən çox ziyarət olunan beşinci ölkədir..
Roma İmperiyası (lat. Imperium Romanum) — e.ə. 27 — e. 476-cı illərində tarix səhnəsində Roma Respublikasını əvəz etmiş və Qədim Dünya, o cümlədən Qədim Roma tarixində əhəmiyyətli yer tutan dövlət. Bu tarixi mərhələ qədim Roma dövlətində imperator Avqustun hakimiyyətini və ondan sonrakı dövrü əhatə edir. İmperiya dövründən əvvəl 500 il ərzində mövcud olmuş Roma Respublikası bir neçə vətəndaş müharibəsi nəticəsində zəifləmişdir. O dövrdə Qədim Romada baş vermiş bəzi hadisələr — Yuli Sezarın ömürlük diktator (e.ə. 44) təyin edilməsi, Oktavianın Aktium döyüşündə qələbəsi (2 sentyabr e.ə.31) və Roma Senatının onu şərəfli Avqust adı ilə təltif etməsi (16 yanvar e.ə.27) artıq Roma Respublikasının avtokratik imperiyaya keçidi ilə əlamətdardır. Romanın ərazisi Respublika zamanında genişlənməyə başlamış və İmperator Trayanın hakimiyyəti dövründə ən yüksək nöqtəsinə — 5 900 000 km² çatmışdır. İmperiyanın bir neçə əsr ərzində belə nəhəng əraziyə malik olması nəticəsində, indiyədək müxtəlif millətlərin dillərində, dinlərində, mədəniyyətlərində, memarlıq abidələrində, fəlsəfələrində və qanunlarında Romanın dərin tarixi təsiri müşahidə olunur.
Venesiya Respublikası tarixi: Qədim dövrdə Adriatik dənizinin Şimal-Qərb sahillərində indiki İtaliyanın şimalında Romalılara yaxın olan Venet tayfası yaşayırdı. 697-ci ildə sakinlər Paulo Luçio Anafestonu ömürlük Başçı seçdilər. Daha sonra Anafestonun vəzifəsi "Doj" adı daşıyırdı. Hökumət əvvəlcə Qerakleyada daha sonra 742-ci ildə Malamokko şəhərinə köçürülmüşdür daha sonra 810-cu ildə səhralı Rialtoya köçdü (daha sonra burada Venesiya yarandı). 806-cı ildə Venesiya şəhərləri müvəqqəti olaraq Böyük Karlın imperiyasına daxil olmuşdur, amma artıq 812-ci ildə Venesiya Dalmasiya daxil olmaqla Bizans İmperiyasına qaytarılmışdır. Venesiya respublikası Bizans və Frank imperiyaları aralarında sərfəli və təhlükəsiz mövqeyindən istifadə edərək qısa bir müddətdə qüdrətli ticarətçi dövlətə çevrilmişdir. Venesiya flotu dəniz döyüşlərində Normanları və Sarasinləri məğlubiyyətə uğradırdılar daha sonra aşağı İtaliya deyilən yerdə Slavyanlar üzərində qalibiyyət qazanmışdılar.
XIX əsrin I yarısında İtaliyada siyasi pərakəndəlik, hökmdarların qeyri-məhdud hakimiyyəti, katolik kilsəsinin zülmü sosial-iqtisadi inkişafı ləngidirdi. İtaliyanın Lombardiya və Venesiya əyalətlərində Avstriyanın hökmranlığı, Romada papanın dünyəvi hakimiyyətinin qalması ölkənin birləşməsi yolunda ciddi maneə idi. İtaliya iqtisadi cəhətdən qabaqcıl Avropa ölkələrindən geri qalırdı.
Ölkənin iqtisadi cəhətdən ən inkişaf etmiş hissələri Sardiniya krallığına məxsus Pyemont və Avstriya hakimiyyəti altında olan Lombardiya idi. XIX əsrin 30–40-cı illərində bu vilayətlərdə sənaye çevrilişi başlanmışdı. İtaliyada ilk dəmir yolları çəkilirdi.
İtaliyada məhsul qıtlığı və sənaye böhranı 1846–1848-ci illərdə əhalinin vəziyyətini daha da ağırlaşdırmışdı. Burjuaziya və liberal zadəganlar içərisində müxalifətçilik əhvali-ruhiyyəsi artırdı.
1848-ci ilin yanvarında Siciliya adasında üsyan başlandı və tezliklə Neapola yayıldı. Burada kral konstitusiya verməyə məcbur oldu.
1848-ci ilin may ayında Avstriya zülmü əleyhinə üsyanlar başlandı. Lombardiyanın mərkəzi olan Milan şəhərindən Avstriya qoşunları qovuldu. Milan hökumətinin başlıca məqsədi artıq konstitusiyalı monarxiyaya çevrilmiş Sardiniya krallığı ilə birləşmək və Avstriya əsarətinə son qoymaq idi.
Sardiniya kralı Avstriya ilə əlaqələri kəsərək Milana qoşun göndərdi, lakin Avstriya ordusu əks-hücuma keçib Sardiniya qoşunlarını məğlub etdi və Milanda üsyanı yatırtdı.
Milanla eyni vaxtda Venesiyada da üsyan qalib gəldi. Venesiya müstəqil respublika elan edildi, lakin Venesiyada da inqilab Avstriya qoşunları tərəfindən qan içində boğuldu.
1848-ci ilin noyabrında Romada üsyan baş verdi və Papa IX Piy Vatikandan qaçdı. Romanın müdafiəçilərinə köməyə gəlmiş C. Haribaldi papanı dünyəvi hakimiyyətdən məhrum etməyi təklif verildi. 1849-cu ilin fevralında Roma respublika elan edildi. IX Piy Roma vilayətində öz hakimiyyətini bərpa etmək üçün Avstriya, Fransa və İspaniya hökmdarlarından yardım istədi. Papanın hərbi yardımı ilə Romada papa hakimiyyəti bərpa edildi.
XIX əsrin ortalarında İtaliyanın birləşdirilməsi uğrunda mübarizədə iki cərəyan formalaşmışdı. Cüzeppe Haribaldinin başçılıq etdiyi və xalqın əksər hissəsini təmsil edən inqilabi-demokratik cərəyan İtalyanı inqilab yolu ilə demokratik respublika halında birləşdirməyə üstünlük verirdi. Liberal mülkədarlar və burjuaziyanın təmsil olunduğu mötədil cərəyanın nümayəndələri isə ölkəni Sardiniya krallığı ətrafında konstitusiyalı monarxiya halında birləşdirməyə çalışırdılar. O dövrdə Sardiniya konstitusiyası olan yeganə dövlət idi. Mötədil cərəyana İtaliyanın görkəmli dövlət və siyasi xadimi Kamillo Kavur başçılıq edirdi.
İtaliyanın Sardiniya krallığı ətrafında birləşdirməyə çalışan kral müəyyən ərazilərin Fransaya verilməsi şərtilə Avstriyaya qarşı müharibədə III Napoleondan yardım ala bildi.
1859-cu ildə Salferino adlı yerdə baş vermiş döyüşdə müttəfiq qoşunları Avstriya ordusunu məğlub edib Lombardiyanı azad etdilər. III Napoleon güclü İtaliya dövlətinin yaradılmasını və Papanın dünyəvi hakimiyyətinin süqutunu istəmədiyinə görə Avstriya ilə sülh bağladı. Yalnız Lombardiya Sardiniyaya birləşdirildi. 1861-ci ildə parlamentin qərarı ilə İtaliya krallığı yaradıldı.
Şablon:İtaliyanın inzibati bölgüsü (xəritəsi)
Sıra Nöm. | Şəhər | Bölgə | vilayət | Əhali sayı |
---|---|---|---|---|
1 | Roma | Latsio | Roma vilayəti | 2.748.809 |
2 | Milan | Lombardiya | Milan vilayəti | 1.311.741 |
3 | Neapol | Kampaniya (İtaliya) | Neapol vilayəti | 960.082 |
4 | Turin | Pyemont | Turin vilayəti | 908.960 |
5 | Palermo | Siciliya | Palermo vilayəti | 656.358 |
6 | Genuya | Liquriya | Genuya vilayəti | ###.769 |
90 | Bolonya | Emiliya-Romanya | Bolonya vilayəti | 378.823 |
8 | Florensiya | Toskana | Florensiya vilayəti | 369.037 |
9 | Bari | Apuliya | Bari vilayəti | 319.896 |
10 | Kataniya | Siciliya | Kataniya vilayəti | 295.155 |
11 | Venesiya | Veneto | Venesiya vilayəti | 270.492 |
12 | Verona | Veneto | Verona vilayəti | 264.412 |
13 | Messina | Siciliya | Messina vilayəti | 242.812 |
14 | Padova | Veneto | Padova vilayəti | 213.518 |
15 | Triest | Firulli-Venesiya-Culiya | Triyest vilayəti | 205.586 |
16 | Taranto | Apuliya | Taranto vilayəti | 192.699 |
17 | Breşiya | Lombardiya | Breşia vilayəti | 192.116 |
18 | Prato | Toskana | Prato vilayəti | 186.821 |
19 | Recco Kalabriya | Kalabriya | Recco Kalabriya vilayəti | 186.006 |
20 | Parma | Emiliya-Romanya | Parma vilayəti | 185.120 |
RAİ (Radio Televisione Italiana) — İtaliyanın hökumətə bağlı milli kanalıdır. Ayrıca iki böyük müstəqil televiziya kanalı (Mediaset (sahibi Silvio Berluskoni) və Sky Italia) ilə rəqabət edən İtaliyanın ən böyük televiziya kanalıdır.
İtaliya əhalisi təxminən 59 milyondur. Etnik qruplar; italyanlar — 94%, almanlar, slovenlər, albanlar, yunanlar, fransızlar. Orta uzunömürlülük (2018-ci il üçün); kişilərdə — 82.5 yaş, qadınlarda — 85 yaş.
Ölkənin 90%-ni katoliklər, 10%-ni isə protestant, yəhudi və müsəlmanlar təşkil edir.
İqlimi subtropik və mülayim Aralıq dənizi iqlimidir. İqlimin müxtəlifliyi coğrafi uzunluqla izah edilir. Italiyanın şimalında, Padan ovalığında subtropikdən mülayimə keçid iqlimi hökm sürür — isti yay (iyul +22C + 24 °C) və soyuq qış (yanvar, təxminən 0). Italiyanın ada hissəsində iqlim Aralıq dənizi iqlim tipidir, ilin 2/3 hissəsi orada açıq mavi səma, isti və quru yay (iyulda +26C), qış idə isti və mülayim hava (yanvarda +8C +10C) müşahidə olunur. Alp dağlarını çıxmaq şərtilə qar nadir hallarda yağır. Alp dağlarında 1500 m.-dən hündür ərazilər ilin 200 günü qar ilə örtülüdür. Yarımadanın cənubunda martdan oktyabra kimi quru, isti Saxara küləyi- "sirokko" əsir. Bu dövrdə temperatur +35 °C kimi yüksəlir.
İtaliya öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin "böyük yeddiliyini" qapayır. Adambaşına ÜDM göstəricisi İtaliyada 32956 (BVF) dollardır (nominal). Avropada iqtisadi cəhətdən dördüncü, dünyada isə 7-ci ən böyük ölkə İtaliyadır. Dünyada ilk 10 ən böyük məhsul ixracatçısından biri də İtaliyadır. Burada həyat səviyyəsi hətta ABŞ, Almaniya və s. ölkələrdən də bəzi sahələrdə üstündür. Ən çox şərab ixrac edən, ən böyük turizm regionlarından olan, dünyada 3-cü ən böyük qızıl-valyuta ehtiyatı olan İtaliya, Avropada 5-ci ən böyük avtomobil istehsalçısıdır.
İtaliya 300 min kvadrat kilometr ərazidə yerləşən iri dövlətdir və bu göstəriciyə görə Qərbi Avropada yalnız Fransadan, İspaniya dan və Almaniyadan geri qalır. İtaliya əhalisinin sayı 58 milyon nəfərdir. Onların 94%-i italyanlardır. Əslən İtaliyadan olanların 20 milyondan çoxu xaricdə yaşayır (əsasən ABŞ-də, Fransada, AFR-də və Argentinada). İtaliya faydalı qazıntı sarıdan kasıb dövlətlər sırasındadır. Ona görə də ölkə yanacaq idxalından, sənaye və kənd təsərrüfatı xammalının, meşə materiallarının idxalından kifayət qədər güclü asılılıqda qalır, emaledici sənaye isə əsasən idxal olunan xammalla işləyir. İtaliyanın iqtisadi-coğrafi vəziyyəti — Aralıq dənizi hövzəsinin mərkəzi (Avropanın cənubu, Apennin yarımadası və ona bitişik olan adalar, bu adaların iriləri — Siciliya və Sardiniya) — hələ qədimdən Avropa ölkələri ilə, həmçinin Yaxın Şərq və Şimali Afrika ölkələri ilə xarici iqtisadi əlaqələrin inkişafına şərait yaradırdı. Bundan başqa, Şimal və Cənub arasında tarixən təşəkkül tapmış regional müxtəlifliklə şərtlənən italyan modelinin spesifikliyi ölkənin xarici əlaqələrinin inkişaf etdirilməsini və möhkəmləndirilməsini diktə edir.
İkinci dünya müharibəsindən sonra İtaliya iqtisadiyyatı çox möhkəmləndi. Ölkə dünya bazarında bərqərar oldu və kök saldı. Kapitalın yığılma sürətinə görə İtaliya yalnız Yaponiyadan geri qalırdı. Müharibədən sonrakı dövrdə İtaliya ÜDM-in orta illik artım sürətinə və əmək məhsuldarlığına görə Qərbi Avropanın aparıcı ölkələri arasında ikinci (AFR-dən sonra), bütün Qərb dünyasında dördüncü idi. Bununla yanaşı, tarixi, siyasi və sosial xarakterli bir sıra səbəblər iqtisadi inkişaf prosesini səngidirdi. Ona görə də iqtisadiyyatın inkişaf dinamikası istehsalın yüksək inkişaf sürəti və iqtisadi enişlərin, staqnasiyaların növbələnməsi ilə xarakterizə olunurdu. XX əsrin axırıncı onilliyində və XXI əsrin əvvəlində ölkə üçün ÜDM-in kifayət qədər stabil inkişaf templəri xarakterikdir.
Meyvə, tərəvəz, üzüm, kartof, şəkər çuğunduru, soya, buğda, zeytun, mal əti, süd məhsulları, balıq.
6 yanvar, pasxa bazar ertəsi, 25 aprel — faşizmdən qurtuluş günü, 1 may — əmək günü, 2 iyun — respublika elan olunması günü (Romada paradla keçir), 15 avqust — Uspeniye (ferraqosto), 1 noyabr- bütün müqəddəslərin günü, 5 noyabr, 25 dekabr — milad (adətən evdə yaxın və qohumların əhatəsində keçirilən ən sevimli bayramdır).
Bundan başqa hər bir kənd və şəhər öz müqəddəsinin ad gününü qeyd edir; Roma — Petr, Milan — Amvrosiy, Turin — İoann və s.
İyul və avqustda bir çox firmalar işi dayandırır və tətilə bağlanırlar. Həmçinin, milad bayramı və yeni ildə də.
İtaliya Respublikasının xarici işlər nazirliyinə nazir başçılıq edir. Ona bilavasitə tərkibində hüquqi şöbə və parlamentlə əməkdaşlıq üzrə şöbə olan katiblik, həmçinin daxili nəzarət xidməti tabedir. XİN vəzifə pilləsində növbəti şəxs XİN ali məmurlarından ibarət xarici işlər üzrə Şura ilə sıx işləyən dövlət katib yardımçısıdır. Ardıcılıqla sonra baş katib və ona yardım edən baş katibin müavini gəlir. Nazirliyin strukturu üç departamentdən ibarətdir: xarici siyasi fəaliyyətinin koordinasiya departamenti, xarici siyasi təhlil və planlaşdırılma departamenti; əməliyyat işi departamenti. Öz növbəsində, departamentlər idarələrə bölünürlər. Xarici siyasi koordinasiya departamentinə Avropa idarəsi, Amerika idarəsi, aralıq dənizi və Yaxın Şərq ölkələri idarəsi, Asiya, Okeaniya, Sakit okean və Antarktida idarəsi daxildir. Xarici siyasi təhlil və planlaşdırılma departamentinə aşağıdakı idarələr daxildir: avropa inteqrasiya idarəsi; çoxtərəfli siyasi münasibətlər və insan hüquqları idarəsi; çoxtərəfli iqtisadi və maliyyə əməkdaşlığı idarəsi; mədəniyyət sahəsində əməkdaşlıq idarəsi; konsulluq idarəsi; əməkdaşlığın inkişafı üzrə idarə; kadrlar idarəsi; inzibati idarə.
Üçüncü departamentə İtaliya Respublikasının dövlət protokolu xidmətləri, nazirlik və xaricdəki diplomatik nümayəndəliklər üzrə müfəttişlik, informasiya və mətbuat idarəsi, müqavilə-hüquq idarəsi, sənədləşmə və arxivlər idarəsi, informasiya texnologiyları idarəsi və Diplomatiya institutu daxildir.
Italy homeland of the Romans.
At its peak, just before WWII, the Italian Empire comprehended the territories of present time Italy, Albania, Rhodes, Dodecanese, Libya, Ethiopia, Eritrea, the majority of Somalia and the little concession of Tientsin in China