Əxi Əvrən

Əxi Evrən (dekabr 1169, Xoy, Qərbi Azərbaycan ostanı1 aprel 1261, Kırşəhər) – Mənşəcə Ələvi Türk sufisi olan[1], əxilik təriqətinə mənsub sufi alim.

ƏXİ EVRƏN
Şeyx Nəsrəddin Mahmud
Doğum tarixi
Doğum yeri Xoy
Vəfat tarixi
Vəfat yeri Qırşəhər
Vəfat səbəbi Öldürülüb
Vətəndaşlığı Səlcuq imperiyası
Milliyyəti Türk
Dini İslam (Ələvi-Bəktaşi)
Fəaliyyəti vaiz[d]

Əxi Evrən 1171-ci ildə Güney Azərbaycanın Xoy şəhərində doğulmuşdur. Əxi Evrən adı ilə məşhur olmasına baxmayaraq əsl adı Şeyx Nəsrəddin Mahmuddur. Uşaqlıq və ilk təhsili dövrü öz şəhərində keçmişdir. Sonra Xorasana gedərək Fəxrəddin Razinin təhsil halqasına qatılmış və ondan feyz almışdır. Fəxrəddin Razinin böyük kəlam alimi olması, Şeyx Nəsrəddin Mahmudun da şəri elmləri öyrəndiyini söyləməyə əsas verir.

İlk təsəvvüfü təhsilini XorasandaMavəraünnəhrdə yəsəvilik dərvişlərindən alıb. Daha sonra həcc səfəri üçün ölkəsindən ayrılan Əxi Evrən bu səyahət zamanı Şeyx Əvhədəddin Kirmani ilə tanış olub ona mürid olması məlumdur. Əxi Evrən Şeyxi Əvhədəddin Kirmaninin qızı Fatimə ilə evlənib, onun kürəkəni də olmuşdu. O, Abbasi xəlifəsi Nasirlidinillah tərəfindən Kirmani ilə birlikdə Anadoluya göndərilmişdi.

Əli

Anadoluya gələn Əxi Evrən ilk öncə Kayseridə yerləşmiş və burada bir dabbaqlıq emalatxanası qurmuşdur. O, şeyxi ilə birlikdə Anadolunun şəhər, qəsəbə və kəndlərini dolaşaraq, əxilik anlayışının yayılmasına və təşkilatlanmasına rəhbərlik etmişdir.

Bu zaman Şərqdən Qərbə bütün türk aləmi monqol təhlükəsi ilə qarşı-qarşıya dayanmışdı. Onun təşviqləri ilə əxilər və xalq, kütlələr halında Anadoluya axan monqollara qarşı qəhrəmancasına mücadilə etdilər. Anadolunun bu qarışıqlıq zamanında Anadolu Səlcuqlu dövlətinə qarşı meydana gələn bir hadisə bəhanəsi ilə Əxi Evrən iftiraya məruz qaldı və tutulub həbs edildi.

Beş il həbsdə qalandan sonra həbs müddəti sona yetdi və bundan sonra o, Dənizliyə getdi. Bir müddət sonra Sədrəddin Konyəvinin istəyinə əsasən digər üləma ilə birlikdə Konyaya qayıtdı. Konyada bir müddət yaşadıqdan sonra mövləvilərlə aralarında meydana gələn anlaşmazlığa görə Konyadan çıxıb Qırşəhərə getdi.

Əxi Evrən doxsan üç yaşında ikən onun nüfuzundan və sevənlərinin çoxluğundan qorxan və monqolların təzyiqinə müqavimət göstərə bilməyən Qırşəhər əmiri Nurəddin Caca tərəfindən 1262-ci ildə Qırşəhərdə şəhid edilib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. M. Bayram – Ahi Evren, tasavvufi düşüncenin esasları, Ankara, 1995