2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna keçirilən VII rəsmi ümumilli seçkilər. Seçkilər 2013-cü ilin oktyabr ayının 9-da keçirilib. 10 namizəd seçkidə iştirak edib. Seçici fəallığı 72,31 % olub. İlham Əliyev 3-cü dəfə seçkilərin qalibi olub.
← 2008 2018 → | |||
Azərbaycanda prezident seçkiləri (2013) | |||
---|---|---|---|
9 oktyabr 2013 | |||
Namizəd | İlham Əliyev | Cəmil Həsənli | İqbal Ağazadə |
Partiya | YAP | Bitərəf | Ümid Partiyası |
Koalisiya | Milli Şura | ||
Səslər | 3 126 113 (84.54 %) |
204 642 (5.53 %) |
88 723 (2.4%) |
Mərkəzi Seçki Komissiyası oktyabrın 9-da keçiriləcək prezident seçkisinin təqvim planını təsdiqləyib. Təqvimə görə, seçkiqabağı təşviqat sentyabrın 16-da başlanacaq və oktyabrın 8-dək davam edəcək. Prezidentliyə namizədlərin qeydiyyatı üçün zəruri sənədlərin təqdim olunması avqustun 20-dən başlanır və sentyabrın 9-da başa çatır. Seçkilərin monitorinqinin aparılması ilə bağlı vətəndaşlardan, namizədin nümayəndələrindən, QHT-lərdən, beynəlxalq müşahidəçilərdən (qanunda nəzərdə tutulmuş qaydada dəvətlə gələn və MSK-da qeydiyyatdan keçən) müraciətlər sentyabrın 29-dək qəbul olunur. Exit-poll-un keçirilməsi ilə bağlı müraciətlər sentyabrın 19-dan qəbul olunur və sentyabrın 29-dək baxılır. Təqvim planına görə, MSK oktyabrın 19-dək seçkilərin yekunları haqda protokolları Konstitusiya Məhkəməsinə verir. Konstitusiya Məhkəməsi səsvermədən 14 gün sonra seçkilərin rəsmi yekunlarını elan etməlidir. Seçilmiş prezident 3 gün ərzində and içir və vəzifəsinin icrasına başlayır.
Bu prezident seçkiləri müstəqil Azərbaycanın tarixində "ən bahalı seçkidir". Belə ki, dövlət büdcəsindən bu prezident seçkisinə təxminən 42,5 milyon manat (42 450 176 manat) vəsait ayrılmışdır. Bu xərclər müxtəlif istiqamətlər üzrə (o cümlədən, əməyin ödənişi üçün 10 339 450 manat, əməkhaqqı üzrə 10 339 450 manat, maşın və avadanlıqlar üçün 1 631 300 manat, digər seçki tədbirləri üçün 9 656 239 manat, həmçinin digər xərclər üçün) olub[1].
Rəsmən 22 nəfər prezident seçkilərində iştirak etmək üçün rəsmən Mərkəzi Seçki Komissiyasına müraciət edib. Onlardan 21-i namizəd kimi qeydiyyata alınıb, Rüstəm İbrahimbəyovun namizədliyinin təsdiqlənməsindən isə imtina olunub[2]. Prezident seçkiləri üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib, təsdiq olunan namizədlər daha sonra 40 min imza ilə namizədliklərini qeydə almalı idilər. 14 sentyabr tarixinə qədər qeydə alınmış 21 nəfərdən yalnız 10 nəfər 40 min imzanı toplaya bilmiş və namizədliyi MSK tərəfindən qeydə alınmışdı.[3]
Namizəd | Partiya | Tərcüməyi halı | ||
---|---|---|---|---|
İlham Əliyev |
Yeni Azərbaycan Partiyası |
İlham Əliyev 1961-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBƏİ) alıb. 1994–2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti olan İlham Əliyev, 1995 və 2000-ci illərdə baş tutan Azərbaycan Respublikasının Milli Məclisinə seçimlərdə qələbə qazanıb və deputat seçilib. 2003-cü ilin avqust ayında Azərbaycan Respublikasının Baş naziri təyin olunan İlham Əliyev, 2003 və 2008-ci illərdə baş tutan Azərbaycan Respublikası Prezident seçimlərdə qələbə qazanıb. O, 2005-ci ildən Yeni Azərbaycan Partiyasının sədridir. | ||
Fərəc Quliyev |
Milli Dirçəliş Hərəkatı Partiyası |
Fərəc Quliyev 22 dekabr 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Üstüpü kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Tibb Universiteti müalicə işi fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əlavə hüquq təhsili almışdır. Sambo üzrə idman ustasıdır. Siyasi fəaliyyəti — 1989–1993-cü illərdə Azərbaycan Xalq Cəhbəsi Ordubad rayon şöbəsinin sədri, 1993-cü ildə isə Azərbaycan Xalq Cəhbəsi İcraiyyə komitəsinin sədri, Prezident Ə. Elçibəyin 1-ci müavini olmuşdur. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, Parlamentdə Demokratik Blokun üzvü olmuşdur. Siqnator deputatdır. 1991-ci ildə Parlamentdə qəbul olunmuş "Müstəqillik aktı"nı yazan 3, ona səs verən 43 istiqlalçı deputatdan biridir. Azərbaycanda ilk dəfə Ordubad rayonu ərazisində 5 sərhəd zastavasını rus ordusundan təhvil alıb milliləşdirilməsinə rəhbərlik etmişdir. 1989-cu ildə Sərhəd Hərəkatının ideoloq və təşkilatçılarından biri olmuşdur. Naxçıvanda ən yüksək zirvədə, Ermənistanla sərhəddə, mübahisəli ərazidə yerləşən "Soyuq" adlı Uzaq Şərqə nəzarət edən radiolokasiya sistemi qurulmuş hərbi hissəni 1991-ci il dekabrın 17-də rus-erməni hərbi birliklərindən ələ keçirmişdir. Bu əməliyyata görə prezident Ə. Elçibəy tərəfindən "milli qəhrəman" adına layiq görülsə də, bu addan imtina etmişdir. Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə –könüllü batalyonların yaradılmasına rəhbərlik etmişdir. 1995-ci ildən 2002-ci ilə qədər siyasi məhbus kimi həbsdə olmuşdur. Məhbəsdə 3 kitab və elmi-nəzəri məqalələr yazmışdır. Məhbəsdən çıxdıqdan sonra Anqlosaks-Türk Assambleyasını yaratmış, bu təşkilatın prezidenti seçilmişdir. 2002-ci ildə Hollandiyada Dünya Azərbaycanlıları Konqresinin idarə heyəti üzvü və sədr müavini seçilmiş, 2003-cü ildən DAK Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur. 2005-ci ildə Milli Dirçəliş Hərəkatını (MDH) formalaşdırmış, 07.05.2005-ci il tarixdə 1-ci qurultayda Milli Dirçəliş Hərəkatı Partiyasının sədri seçilmişdir.
2010 dördüncü çağırışda millət vəkili seçilmişdir. Milli Məclisin Təhlükəsizlik, Müdafiə və Korrupsiya ilə mübarizə Komitəsinin üzvüdür. | ||
İqbal Ağazadə |
Azərbaycan Ümid Partiyası |
İqbal Ağazadə 1968-ci ildə Füzuli rayonunda anadan olub. O, ali təhsilini Bakı Dövlət Universitetində (BDU) və Taras Şevçenko adına Kiyev Milli Universitetində (KMU) alıb. 2005 və 2010-cu illərdə baş tutan Azərbaycan Respublikasının Milli Məclisinə seçimlərdə qələbə qazanan və deputat seçilən İqbal Ağazadə, 2008-ci ildə baş tutan Azərbaycan Respublikası Prezident seçimlərində səslərin 2.82 faizini (%) toplayıb. O, 2002-ci ildən Ümid Partiyasının sədridir. | ||
Araz Əlizadə |
Azərbaycan Sosial Demokrat Partiyası |
Araz Əlizadə 1951-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Bakı Dövlət Universitetində (BDU) alıb. | ||
Qüdrət Həsənquliyev |
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası |
|||
Hafiz Hacıyev |
Müasir Müsavat Partiyası |
|||
Zahid Oruc |
||||
İlyas İsmayılov |
Ədalət Partiyası |
|||
Cəmil Həsənli |
Cəmil Həsənli 1952-ci ildə Biləsuvar rayonunda anadan olub. O, ali təhsilini Bakı Dövlət Universitetində alıb. | |||
Sərdar Cəlaloğlu |
Azərbaycan Demokrat Partiyası |
Namizəd | Partiya | Tərcüməyi halı | İmtina səbəbi |
---|---|---|---|
Azadlıq Partiyası |
Əhməd Orucov 1959-cu ildə Qazax rayonunda anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Universitetində (ADU) riyaziyyatçı ixtisası üzrə alıb. Əhməd Orucov 2005-ci ildən Azadlıq Partiyasının sədridir. | Mərkəzi Seçki Komissiyasının (MSK) 12 sentyabr 2013-cü il tarixli 19/113 saylı Qərarı ilə Əhməd Abdul oğlu Orucovun Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyinin qeydə alınmasından imtina edilmişdir. Seçki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün 40 000-dən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda, təqdim edilmiş imza vərəqlərində olan etibarlı imzaların sayı namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş sayda az olmuşdur. | |
Fuad Əliyev |
Azərbaycan Liberal Demokrat Partiyası |
Fuad Əliyev 1970-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Azərbaycan Xarici Dillər Universitetində (AXDU) alıb. | Mərkəzi Seçki Komissiyasının (MSK) 11 sentyabr 2013-cü il tarixli 25/142 saylı Qərarı ilə Fuad Ağası oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyinin qeydə alınmasından imtina edilmişdir. Seçki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün 40 000-dən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda, təqdim edilmiş imza vərəqlərində olan etibarlı imzaların sayı namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş sayda az olmuşdur. |
Əli Əliyev |
Vətəndaş və İnkişaf Partiyası |
Mərkəzi Seçki Komissiyasının (MSK) 13 sentyabr 2013-cü il tarixli 27/151 saylı Qərarı ilə Əli Nadir oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyinin qeydə alınmasından imtina edilmişdir. Seçki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün 40 000-dən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda, təqdim edilmiş imza vərəqlərində olan etibarlı imzaların sayı namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş sayda az olmuşdur. | |
Ərəstun Oruclu 1963-cü ildə anadan olub. | Ərəstun Məmməd oğlu Oruclu namizədliyini şəxsi təşəbbüsündən irəli gələrək geri götürdü. | ||
İsmayıl Yusifov 1975-ci ildə anadan olub. | İsmayıl Sədulla oğlu Yusifov namizədliyini şəxsi təşəbbüsündən irəli gələrək geri götürdü. | ||
Elşən Həsənov 1961-ci ildə anadan olub. | Elşən Şirzad oğlu Həsənov namizədliyini şəxsi təşəbbüsündən irəli gələrək geri götürdü. | ||
Qüdrət İsaqov |
Qüdrət İsaqov 1950-ci ildə anadan olub. | Qüdrət İsaq oğlu İsaqov namizədliyini şəxsi təşəbbüsündən irəli gələrək geri götürdü. | |
İlqar Məmmədov |
Respublikaçı Alternativ Hərəkatı |
İlqar Məmmədov 1970-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Mixail Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) tarixçi ixtisası üzrə və Mərkəzi Avropa Universitetində (CEU) siyasətçi ixtisası üzrə alıb. | İlqar Eldar oğlu Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı istintaqa çağırılmış və barəsində həbs-qətimkan tədbiri seçilmişdir. Daha sonra Məhkəmə Cinayət məcəlləsinin 221 və 315.2 maddələri ilə ittiham edilərək 2014-cü ilin martın 17-də 7 il azadlıqdan məhrum edilmə ilə bağlı qərar verilmişdir. |
Rauf Quliyev 1972-ci ildə anadan olub. | Rauf Zakir oğlu Quliyev namizədliyini şəxsi təşəbbüsündən irəli gələrək geri götürdü. |
İsa Qəmbər | İlham Əliyev | Rüstəm İbrahimbəyov | Əli Kərimli | Mehriban Əliyeva | Lalə Şövkət | Eldar Namazov | Çətinlik çəkir | ||
ADAM[4] | 25 iyun — 25 iyul 2013 | 29,0% | 26,0% | 16,5% | 6,5% | 5.8% | 3.6% | 1.6% | 8,6% |
QHTƏA[5] | 12 avqust — 12 sentyabr | 7,94% | 0,91% | 8,37% | 0,62% | |
OpinionWay[6] | 23–29 sentyabr | 7,8% | 0,6% | 3,5% | 8,2% | |
CNN Politics[7] | Oktyabr | 46% | 1% | 4% | - | |
GALLUP World[7] | Oktyabr | 23% | 4% | 12% | 7% | |
Azadlıq Radiosu[8] | Sentyabr — Oktyabr | 11,6% | 1,4% | 3,6% | 7,9% |
Namizəd | Arthur J. Finkelstein və Associates[9] |
ELS[11] | OpinionWay[12] | QHT Əməkdaşlıq Alyansı[13] | |
---|---|---|---|---|---|
İqbal Ağazadə | 1.6 % | 1.4 % | 1.88 % | 1.7 % | 1.88 % |
İlham Əliyev | 82.7 % | 81.4 % | 80.8 % | 82.8 % | 83.89 % |
Araz Əlizadə | 1.2 % | 0.7 % | 0.72 % | 0.5 % | 0.71 % |
Hafiz Hacıyev | 0.7 % | 0.3 % | 0.43 % | 0.4 % | 0.79 % |
Cəmil Həsənli | 8.8 % | 9.1 % | 10.55 % | 9.3 % | 8.2 % |
Qüdrət Həsənquliyev | 1.9 % | 0.3 % | 2.81 % | 2.9 % | 1.3 % |
İlyas İsmayılov | 0.9 % | 0.3 % | 0.65 % | 0.5 % | 0.95 % |
Sərdar Məmmədov | 0.6 % | 0.2 % | 0.63 % | 0.6 % | 0.67 % |
Zahid Oruc | 0.9 % | 0.3 % | 0.65 % | 0.7 % | 0.98 % |
Fərəc Quliyev | 0.9 % | 0.2 % | 0.88 % | 0.6 % | 0.63 % |
Yer | Namizəd | Səslər | Faiz (%) | |
---|---|---|---|---|
İlham Heydər oğlu Əliyev | 3 126 113 | 84.54 % | ||
Cəmil Poladxan oğlu Həsənli | 204 642 | 5.53 % | ||
İqbal Fehruz oğlu Ağazadə | 88 723 | 2.40 % | ||
Qüdrət Müzəffər oğlu Həsənquliyev | 73 702 | 1.99 % | ||
Zahid Məhərrəm oğlu Oruc | 53 839 | 1.46 % | ||
İlyas Abbas oğlu İsmayılov | 39 722 | 1.07 % | ||
Araz Məmməd Mübariz oğlu Əlizadə | 32 069 | 0.87 % | ||
Fərəc İbrahim oğlu Quliyev | 31 926 | 0.86 % | ||
Hafiz Ələmdar oğlu Hacıyev | 24 461 | 0.66 % | ||
Sərdar Cəlal oğlu Məmmədov | 22 773 | 0.62 % |
İlkin nəticələr MSK tərəfindən seçki gününün sonunda elan edilmişdir.[14]
12 oktyabr 2013-cü ildə Milli Şura seçkilərin saxtalaşdırılması iddiası ilə Məhsul stadionunda "BƏSDİR" adlı ilk seçkisonrası mitinqini keçirmişdir.[20][21][22] Mitinqlə əlaqədar Facebook sosial şəbəkəsi üzərindən təşkil edilmiş dəvəti 5500-dən artıq insan qəbul etmişdir.[23] Reutersin xəbərinə görə isə mitinqdə 4000-dən artıq adam iştirak etmişdir.[22]
27 oktyabr 2013-cü ildə Milli Şura seçkilərin saxtalaşdırılması iddiası ilə Məhsul stadionunda "Tələb edirik!" adlı növbəti, ikinci seçkisonrası mitinqini keçirmişdir.[24] Mitinqlə əlaqədar Facebook sosial şəbəkəsi üzərindən təşkil edilmiş dəvəti 5000-dən artıq insan qəbul etmişdir.[25] Bakı Şəhər Baş Polis İdarəsindən verilmiş açıqlamaya görə isə mitinqdə 1000 nəfər adam iştirak etmişdir.[26]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |