Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər (1995)

1995-ci il Azərbaycan parlament seçkilərAzərbaycan Respublikasının Milli Məclisi 1-ci çağırış seçkiləri.

Azərbaycan  2000 →
Azərbaycanda parlament seçkiləri (1995)
Namizəd YAP AXCP AMİP
Rəhbər Heydər Əliyev Əbülfəz Elçibəy Etibar Məmmədov

Seçkilərdən öncə proporsional seçki üzrə vahid deputat siyahılarında adı olan bir sıra Müsavat PartiyasıAzərbaycan Xalq Cəbhəsi Partiyası üzvü müxtəlif cinayət işləri üzrə həbs olunmuşdur. İqtidar cinahı bu həbslərin hüquqi səbəbdən olduğunu iddia etsə də, Müsavat PartiyasıAzərbaycan Xalq Cəbhəsi Partiyası rəhbərliyi bu həbslərin siyasi motivlər əsasında olduğunu iddia etmişdir.

19 sentyabr 1995-ci il tarixində sabiq xarici işlər naziri, istiqlalçı deputat, fizik, Müsavat Partiyasının proporsional seçki üzrə deputatlığa vahid namizədlər siyahısında 2-ci sırada olan Tofiq Qasımov həbs olunmuşdur. O, vətənə xəyanətdə və 1995-ci mart hadisələrində dövlət əleyhinə fəaliyyətdə günahlandırılırdı. Həmçinin sabiq millət vəkili, Azərbaycan Xalq Cəbhəsi Partiyasının deputatlığa vahid namizədlər siyahısında 4-cü yerdə olan Fərəc Quliyev və hərbçi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının deputatlığa vahid namizədlər siyahısında 6-cı yerdə olan Arif Paşayev də həbsdə idilər. Fərəc Quliyev dövrün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi qeyri-qanuni yolla hakimiyyətdən uzaqlaşdırma, Arif Paşayev isə xüsusi xidmət orqanı həbsxanasından qaçma üzrə həbs olunmuşdur. Müsavat PartiyasıAzərbaycan Xalq Cəbhəsi Partiyası xaricində siyasi fəallardan rəsmi dövlət qeydiyyatında olmayan Azərbaycan İşçi Partiyası sədri Sabutay Hacıyev vətənə xəyanətdə və dövlət əleyhinə silahlı qiyamda günahlandırılaraq həbs edilmişdi. Onun rəhbərlik etdiyi partiya cəmiyyətdə sabiq prezident Ayaz Mütəllibov ilə əlaqələndirilirdi.

1995-il noyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri keçirilmişdir. Seçici siyahılarma daxll edilmiş 4.132.600 nəfər vətəndaşdan 3.556.277-si və ya 86,05 faizi seçkilərdə iştirak etmişdir. Noyabrın 26-da birmandatlı 20 seçki dairəsində təkrar səsvermə, 1996-cı il fevralın 4-də 15 seçki dalrəsində təkrar seçkilər və nəhayət fevralın 18-də 1 seçki dairəsində təkrar səsvermə ilə parlament seçkiləri başa çatdırıldı. Milli Məclisə cəmi 124 deputat seçilmişdi. Bunlardan 99-u birrnandatlı seçki seçki dairələri üzrə, 25-i isə siyasi partiyaların siyahıları üzrə vahid çoxmandatlı seçki dairəsindən. Seçkilərdə 8 siyasi partiya iştirak edirdi. Onlardan Yeni Azərbaycan Partiyası ölkə parlamentinə 19, Azərbaycan Milli İstiqlal PartiyasıAzərbaycan Xalq Cəbhəsi Partiyasının hər biri 3 mandat almışdı.[1]

Seçkilər birpalatalı parlamentə majoritar və proporsional seçki sistemləri üzrə keçirilirdi. Majoritar seçki sistemi ilə 100, proporsional seçki sistemi üzrə isə 25 deputat seçilməli idi. Məntəqə seçki komissiyalarının üzvlərinin 13.851 nəfəri, yaxud 30 faizi siyasi partiyaların, 9.234 nəfəri və ya 20 faizi deputatlığa müstəqil namizədlərin nümayəndələri idi.

Milli Məclis deputatlığına namizədlərin irəli sürülməsi prosesində birmandatlı seçki dairələri üzrə 1.094 nəfər namizəd göstərilmişdi. Mərkəzi Seçki Komissiyası daxil olmuş ərizə və şikayətlərin araşdırılmasının nəticələrinə görə, 175 vətəndaşı deputatlığa namizəd kimi qeydə almaqdan imtina etmək barədə 66 dairə seçki komissiyasının qərarlarını qüvvədə saxlamış, 98 nəfərin isə namizədlər siyahısına salınmasına dair həmin komissiyaların qərarlarını ləğv etmişdi.

Toplanmış seçici imzalarının həqiqiliyini yoxlamaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə Mərkəzi Seçki Komissiyasında xüsusi ekspertlər qrupu işləyirdi. Seçici imzaları yoxlanıldıqdan sonra namizədlər siyahısına birmandatlı seçki dairələri üzrə 392 nəfərin, vahid çoxmandatlı seçki dairəsi üzrə isə 8 siyasi partiyanın nümayəndələrinin adları daxil edildi.

Seçkilər ərəfəsində birmandatlı seçki dairələri üzrə 11 nəfər namizədliyini geri götürmüşdü. Nəticədə, seçki bülletenlərində 99 seçki dairəsi üzrə deputatlığa 378 namizədin adı vardı. Azərbaycanda qeydə alınmış 32 siyasi partiyadan 18-i seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirmişdi. Lakin onlardan yalnız 12-si namizədlər göstərilməsinə dair bildiriş sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etdi.

Seçki qanununun şərtlərini pozduqlarına görə 4 siyasi partiya (Müsavat Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kommunist PartiyasıÜmid Partiyası) Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərə buraxılmadı. Bu siyasi partiyalar Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayətlə müraciət etdilər. Ali Məhkəmə şikayətlərə baxaraq, Mərkəzi Seçki Komissiyasının qərarlarını qüvvədə saxladı.

Ölkədəki birmandatlı seçki dairələrinin 93-də seçki namizədlərin alternativliyi qaydasında keçirdi. 30 seçki dairəsi üzrə seçki bülletenlərindəki deputatlığa namizədlərin sayı 5–9 nəfər, 2 seçki dairəsində isə hətta 11–12 nəfər idi. Səsə qoyulan 378 namizədin 165 nəfəri müxtəlif siyasi partiyaların üzvləri idi

1995-ci il noyabrın 12-də 4.591 seçki məntəqəsində səsvermənin gedişini deputatlığa 378 namizədin, 8 siyasi partiyanın nümayəndələri, vəkil edilmiş şəxslər, eləcə də yerli və 20 əcnəbi ölkənin, nüfuzlu beynəlxalq qurumların – BMT-nin, ATƏT-in, Avropa İttifaqının və digər müvafiq xarici təşkilatların müşahidəçiləri izləmişlər.

Leyla Yunusun Azərbaycan Müstəqil Demokratlar Partiyası, Karrar Əbilovun Vahid Azərbaycan Partiyası və Fəzail Ağamalının Ana Vətən Partiyası Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq edərəq, müttəfiqlik edərək seçkilərə qatılmışdır. Onlardan sadəcə Ana Vətən mandat (1 nəfər-Fəzail Ağamalı) qazana bilmişdir.

Proporsional siyahılar

[redaktə | mənbəni redaktə et]

Çoxmandatlı seçki dairəsi üzrə seçki bülleteninə aşağıdakı siyasi partiyaların adları daxil edilmişdi:

Ana Vətən Partiyası

[redaktə | mənbəni redaktə et]

Proporsional seçki üzrə Ana Vətən Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[2]

  1. Fəzail Ağamalı
  2. Azər Bayramov
  3. Tofiq Əliyev
  4. Afət Qurbanov
  5. Mövlan Babayev
  6. Yusif Həsənov
  7. Zakir Məmmədov
  8. Yusif Bağırov
  9. Məhərrəm Allahverdiyev
  10. Yusif Yusifov
  11. Salam Novruzov
  12. Etibar Quliyev
  13. Bəxtiyar Bayramov
  14. Mikayıl Səfərov
  15. Maya Əlləzova
  16. Akif Kərimov
  17. İbrahim Hadıyev
  18. Şamil Vəliyev
  19. Ələkbər Məmmədov
  20. Yaşar Səfərov
  21. Vaqif İsrafilov
  22. Mehralı Nəzərov
  23. İlyas Heydərov
  24. Rəfail Məmmədov
  25. Şahin Verdəliyev

Azərbaycan Demokratik İstiqlal Partiyası

[redaktə | mənbəni redaktə et]

Proporsional seçki üzrə Azərbaycan Demokratik İstiqlal Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[2]

  1. Fikriyyə İbrahimli
  2. Etibar Babayev
  3. Nizami Rzayev
  4. Şöhrət İsmayılov
  5. Sudabə Əliyeva
  6. Museyib İlyasov
  7. Oqtay Sultanlı
  8. Fəxrəddin Hüseynov
  9. Tofiq Abdullayev
  10. Maksim Abramov
  11. Xanımana Talıbova
  12. Teymur Babazadə
  13. Şəfiqə Nağıyeva
  14. Elxan Rzayev
  15. Maya İskəndərova
  16. Çimnaz Abbasova
  17. Rəfael Bağırov
  18. Arif Feyziyev
  19. Əlibaba Əliyev
  20. Natiq Nəcəfov
  21. Ağamirzə İsbəndiyarov
  22. Məleykə Həsənova
  23. Ramazan Salamov
  24. Pərvanə Mustafayeva
  25. Aliyə Rəhmanova

Azərbaycan Demokratik Sahibkarlar Partiyası

[redaktə | mənbəni redaktə et]

Proporsional seçki üzrə Azərbaycan Demokratik Sahibkarlar Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[2]

  1. Eldar Əzizov
  2. Qasım Qasımov
  3. İlham Əmiraslanov
  4. Zeynal Nağdəliyev
  5. İnqilab Şəmiyev
  6. İndira Hacıyeva
  7. Nazim Hüseynquliyev
  8. Şəmsəddin Kərimov
  9. Yusif Xəlilov
  10. Rəşad Ağayev
  11. Lyudmila S?
  12. Məmməd Bayramov
  13. Səxavət Əliyev
  14. Rəfail Niftalıyev
  15. Malik Cəbrayılov
  16. Mübariz Əzizov
  17. Asim Məlikov
  18. Fadil Həsənov
  19. Çimnaz Sadıqova
  20. Zakir Nəcəfov
  21. M? A?
  22. Nazim Babayev
  23. Elxan Daşdıyev
  24. Mirabbas Məmmədov
  25. Ədhəm Seyidov

Azərbaycan Xalq Cəbhəsi Partiyası

[redaktə | mənbəni redaktə et]

Proporsional seçki üzrə Azərbaycan Xalq Cəbhəsi Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[2]

  1. Əli Kərimli
  2. Mirmahmud Mirəlioğlu
  3. Qulamhüseyn Əlibəyli
  4. Asim Mollazadə
  5. Arif Paşa
  6. Fərəc Quliyev
  7. Mais Səfərli
  8. Vaqif Pənahov
  9. Novella Cəfəroğlu
  10. Kamil Cəlilov
  11. Aydın Kərimov
  12. Kərim Şükürov
  13. Kamil Vəli Nərimanoğlu
  14. Arif Tağıyev
  15. Şahbaz Musayev
  16. İsa Bağırov
  17. Hüseynağa Atakişiyev
  18. Yadigar Məmmədli
  19. Elmir Muradəliyeva
  20. Aydın Əzimov
  21. Eldar Ağayev
  22. Mustafa Mustafayev
  23. Almaz Məmmədova
  24. Ayaz Əhmədov
  25. Ümidvar Məmmədov

Azərbaycan Milli Dövlətçilik Partiyası

[redaktə | mənbəni redaktə et]

Proporsional seçki üzrə Azərbaycan Milli Dövlətçilik Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[2]

  1. Nemət Pənahlı
  2. Bəxtiyar Şahverdiyev
  3. Zəfər Quliyev
  4. Hüseyn Orucov
  5. Vəli Allahverdiyev
  6. Şahlar Abdullayev
  7. Şamil Mahmudov
  8. Zakir Musayev
  9. Eldəniz Quliyev
  10. Məmməd Orucov
  11. Ba? Məmmədov
  12. Əziz Əliyev
  13. Oqtay Ağayarov
  14. Mahir Əliyev
  15. Təhminə Məmmədova
  16. Zahid Aşırov
  17. Mustafa İsgəndərzadə
  18. Alidə Mehdiyeva
  19. Əhməd Bağırov
  20. Behbud Əhmədov
  21. Məmməd Qarayev
  22. Tofiq Rəsulov
  23. Ellada Əliyeva
  24. Kamran Məmmədov
  25. Dünyamalı İsayev

Azərbaycan Milli İstiqlal Partiyası

[redaktə | mənbəni redaktə et]

Proporsional seçki üzrə Azərbaycan Milli İstiqlal Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[2]

  1. Etibar Məmmədov
  2. Nazim İmanov
  3. Şadman Hüseynov
  4. Vaqif Musayev
  5. Bəxtiyar Nəcəfov
  6. Elşad Qurbanov
  7. Zəfər Əliyev
  8. İsa Məmmədov
  9. Vahid Mürsəliyev
  10. Sevil Həmidova
  11. Arif İbrahimov
  12. Zahid Şərifov
  13. Bilal Muradov
  14. Nizami Məmmədov
  15. Yevqeniy İvanov
  16. Adnan Novruzov
  17. Məmmədəli Səfərov
  18. Vaqif Cavanşirov
  19. Qabil Camalov
  20. Telman Ramazanov
  21. Mübariz Vəliyev
  22. Cəmşid İrzaquliyev
  23. Rövşən Əliyev
  24. Fuad Süleymanov
  25. Nüşabə Orucova

Azərbaycan Naminə Alyans Partiyası

[redaktə | mənbəni redaktə et]

Proporsional seçki üzrə Azərbaycan Naminə Alyans Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[2]

  1. Mübariz Əhədov
  2. Lütfiyar İmanov
  3. Cavanşir Əliyev
  4. Rasim Hacıyev
  5. İntiqam Cəbrayılov
  6. Ədalət Məstanov
  7. Babaxan Qədirov
  8. Yusif Mirzəyev
  9. Məmmədxan Soltanov
  10. Səmayə Qədirova
  11. Rəsul Salamov
  12. Firəngiz Sultanova
  13. Polad Hüseynov
  14. Adilə Bayramova
  15. Əfruz Süleymanov
  16. Elvira Məmmədova
  17. Dilarə İsmayılova
  18. Nazim Qurbanov
  19. Xatirə Süleymanova
  20. Mütalib Səmədov
  21. Lətifə Əhmədova
  22. Zabitə Mehdiyeva
  23. Soltan Hadıyev
  24. Leyla Mənsurova
  25. Lalə Əsədova

Yeni Azərbaycan Partiyası

[redaktə | mənbəni redaktə et]

Proporsional seçki üzrə Yeni Azərbaycan Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[2]




Proporsional seçkilərin partiyalar üzrə nəticələri   Yeni Azərbaycan Partiyası (62,70 %)  Azərbaycan Xalq Cəbhəsi Partiyası (9,70 %)  Azərbaycan Milli İstiqlal Partiyası (9,30 %)  Azərbaycan Demokratik Sahibkarlar Partiyası (4,00 %)  Ana Vətən Partiyası (4,00 %)  Azərbaycan Demokratik İstiqlal Partiyası (3,00 %)  Azərbaycan Milli Dövlətçilik Partiyası (1,20 %)  Azərbaycan Naminə Alyans Partiyası (0,90 %)  Etibarsız səslər (3,95 %)

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən seçici fəallığı 79.5% olmuşdur. 22 noyabr 1995-ci il tarixində açıqlanan məlumata əsasən 25 çoxmandatlı seçki dairəsi üzrə keçirilmiş proporsional seçkiləri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası birinci sırada tamamlayaraq 19, sabiq dövlət katibi Əli Kərimlinin sədr vəzifələrini icra etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası ikinci sırada tamamlayaraq 3, sabiq millət vəkili Etibar Məmmədovun sədrlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyası isə üçüncü sırada tamamlayaraq 3 deputat mandatı qazana bilmişdir. Bu Azərbaycanda keçirilmiş son proporsional seçki olmuşdur.

Digər 100 birmandatlı seçki dairəsindən 99-da seçkilər keçirilmişdir. Həmin dövrdə qüvvədə olan qanunlara görə birmandatlı seçki dairələri üzrə keçirilən seçkilərdə lider namizəd mövcud səslərin 50+1%-ni toplamalı və iştirakçılıq ən az 50+1% olmalı idi, lakin 20 seçki dairəsi üzrə bu reallaşmadığı üçün 26 noyabr 1995-ci il tarixinə, digər 8 seçki dairəsindən 4-ündə seçki aktivliyi 50+1% şərtini ödəməmiş, 3-ündə seçki qanunu pozuntuları aşkarlandığı üçün, 1-ində isə (Gəncə şəhərində) seçki materialları silahlı maskalı şəxslər tərəfindən oğurlandığı üçün 4 fevral 1996-cı il tarixinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 2 fərqli təkrar seçkilər təyin olunmuşdur.[3][4] Nəticələri ləğv olunan 8 seçki dairəsindəki namizədlər eyni seçki dairəsindən yox, nəticəsi ləğv olunan başqa seçki dairələrindən namizəd olma haqqına sahib idilər. İkinci tura qalan seçki dairələrində isə seçkilər ən çox səs alan iki namizəd arasında keçirildi .[4]

26 noyabr 1995-ci il tarixində 20 seçki dairəsi üzrə təkrar seçkilər keçirilmişdir. Rəsmi şəxslərə əsasən seçici fəallığı 61% olmuşdur. 5 seçki dairəsində bu seçkilərdə də lazım olan seçki aktivliyi 50+1% müddəasını yerinə yetirməmiş və 2 seçki dairəsi üzrə seçki qanunu pozuntuları səbəbi ilə seçki nəticələri ləğv edilmişdir. Bu 7 seçki dairəsi və 12 noyabr 1995-ci il tarixində keçirilmiş seçkilərdə nəticələri ləğv olunmuş 8 seçki dairəsi ilə birgə 1996-cı ilin fevral ayına təkrar seçkilər təyin olunmuşdur.[3]

  1. https://web.archive.org/web/20041221235118/http://www.cec.gov.az/az/umumi/seckiler-referendumlar/1995.htm
  2. 1 2 3 4 5 6 7 8 modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  3. 1 2 modern.az. "Müstəqil Azərbaycanın qalmaqallı seçki tarixi: statistika nə deyir?". modern.az (az.). 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  4. 1 2 "Azerbaijan, Parliamentary Elections and Constitutional Referendum, 12 November 1995: OSCE/UN Report" (PDF). 27 February 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 June 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]