Dədəli (Talin)

Dədəli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd.[2]

Kənd
Dədəli
40°24′ şm. e. 43°57′ ş. u.
Ölkə  Ermənistan
Region [[Talın mahalı]]
Rayon [[Talın rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.900 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 336 nəf. (2011)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 0525
Xəritəni göstər/gizlə
Dədəli xəritədə
Dədəli
Dədəli

Rayon mərkəzindən 14 km məsafədə, Alagöz dağının qərb ətəyində yerləşir. Ermənilər buraya 1828-ci ildən sonra Türkiyədən köçürülüb[3].

Toponim təkə türk tayfasının bir tirəsi olan dədə etnoniminə[4] mənsubluq bildirən -li şəkilçisinin qoşulması əsasında əmələ gəlib. Cavanşir tayfasının bir qolu da dədəli adlanırdı[5].

Bu tayfa Arasbar sancağında, Xan arxı kənarında qışlayıb, trəvan əyalətinin sərhəddində yaylayırdı[5].

«Dədə tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir.

Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexnik qoyulmuşdur.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.575-578
  4. Атаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, «Ылым», 1988. s.65
  5. 1 2 Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri (Ön söz, tərcümə, qeyd və şərhlərin müəllifi H.Məmmədov (Qaramanlı), Bakı, «Şuşa», 2000. s.439