Həmzəli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Həmzəli | |
---|---|
41°00′09″ şm. e. 47°48′19″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qəbələ rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1544 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3617[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Həmzəli kəndi çox qədim tarixə malikdir. Kəndin Həmzəli adlandırılması haqqında müxtəlif rəvayətlər mövcuddur. Bir rəvayətə qədim Albaniya dövründə Həmzə adlı bir qoşun başçısının öz əlli nəfərlik qoşunu ilə Qul çayı kənarında məskunlaş və Kəndin adı Həmzə və əlli sözləri birləşdirilərək yaradılmış və illər ərzində Həmzəli kimi formalaşmışdır.
Başqa bir rəvayətə görə kəndin tarixi daha qədimə gedir. Həmzə və Əli adlı iki qardaş Böyük qafqaz dağlarının ətəyində çoxlu sayda çayları, səfalı bulaqları, gözəl təbiəti və havası olan bu yerdə özlərinə yaşamaq üçün məskən salır. Kəndin adı isə bu iki qardaşın adları birləşdirilərək Həmzəli adlandırılır.
Kəndin ən qədim evləri məhz Qul çayı ətrafında olmuş daha sonra kənd əhalisi artıqca kənd böyüməyə başlamış daha böyük ərazini əhatə etmişdir.
Həmzəli haqqında mənbələrdə yazılır ki, ərazidə Şahna və Yurd yerləri olub. Müxtəlif kəndlərdən gələn ailələr burada məskunlaşıblar. Həmzəli nəsil adıdır.[2] Rayon mərkəzindən 4 km.qərbdə dağ ətəyindədir. Yol kənarında yerləşdiyindən inkişaf etmiş, yəni müasir kənd üçün tələb olunan bütün infrastrukturlar burada öz əksini tapır. Həmzəlilər bütün məşğuliyyət növü ilə dolanışığını təmin edirlər. Kənd qəbiistanlığında düyanın heç yerində rast gəlinməyən nəhəng Arçan ağacları bitir. Rayona yaxın olduğu üçün yeni yaradılan iş yerlərində də çalışmaq imkanları var. Rayon mərkəzini birləşdirən kənd yolu asfaltlaşdırılıb. Həmzəli çayının üzərində körpü salınıb.[3]
Yaşayış məntəqəsi həmzəli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ərazisindəki Şeyx Molla Məhəmməd və Qeybi Baba adlı müqəddəs sayılan pirlərin övladları hesab edilən həmzəlilər keçmişdə əvvəlcə Şəhna yolu və Yurd yeri adlı yerlərdə yaşamış, sonra indiki kəndin ərazisində məskunlaşmışlar;
Qəbələ rayonunun qədim tarixə malik kəndlərindən olan Həmzəli kəndi özünün gözəl təbiəti, həm də tarixi abidələri ilə məşhurdur. Belə tarixi abidələrdən biri də el arasında Şıx baba kimi tanınan Seyyid Şeyx Molla Məhəmməd piridir. O, həm rayona gələn qonaqlar, həm də turistlərin diqqət mərkəzində olan abidələrdəndir.
El dilində İşıq baba kimi tanınan ən ağır ocaq Həmzəli kəndindədir. Şıx Baba piri XVI əsrin abidəsidir. Pirdəki şeyxə məxsus məqbərə, içəridəki məzar və üzərindəki kitabələr hazırda mühafizə olunur. Bu abidələr kompleksinin yaranması tarixi haqqında dəqiq məlumat yoxdur. Məqbərədə saxlanılan Şeyxə aid sənəd oxunarkən məlum olub ki, şəhadətnamə hicri tarixi ilə 1283-cü ilin ramazan ayının əvvəllərində (7.1–6. 11. 1867 ildə) yazılıb. Şəhadətnamədə Həmzəli kənd sakinlərindən Seyyid Hacı Əli Əfəndi və Seyyid Lütfəli qardaşlarının əsrlərdən bəri ziyarətgah kimi şöhrət tapmış məqbərədə dəfn olunmuş alimin nəslindən olmaları və pirdə mücövürlük haqqına malik olmaları göstərilib. Şəhadətnamə Nuxa qəzasının Qəbələ mahalına daxil olan Qəbələ, Vəndam, Bum, Mıxlıqovaqlı, Tikanlı kəndlərindən olan 33–dən çox yüzbaşı, kəndxuda, ruhani və bəylərin möhür və imzası ilə təsdiq edilmişdir. Sənəddə şeyxin adı "ariflərin qütbü, mövlana, Seyyid Şeyx Məhəmməd" — deyə qeyd edilib. Beləliklə, Şeyx Məhəmmədin sağlığında daşıdığı "ariflərin qütbü, "mövlana", "şeyx" ləqəb-lərinə, məqbərəsinin müqəddəs məkan kimi ziyarətgaha çevril-məsi və digər amillərə görə, onun ruhani-alim, ictimai-siyasi xadim kimi xalq kütlələri arasında böyük nüfuza malik olduğunu göstərir. Bu bir daha şeyxin məqbərəsi ətrafında böyük bir qəbiristanın meydana gəlməsi ilə izah edilə bilər. Ətrafda Şirvan-Abşeron bədii daşyonma sənəti və xəttatlıq məktəbi ustalarına məxsus XV–XVI əsrə aid sənduqə formalı xatirə abidələri mövcuddur. Məqbərənin şərq divarı önündə alim Mövlana Sədrəddin dəfn olunub. Onun qəbri üzərində mərmər başdaşı və sinə daşı qoyulub. Abidə çox nəfis işlənmiş nəbati naxışlarla və kitabə motivləri ilə bəzədilmişdir. Sinə daşının haşiyəsində Qurandan 2-ci surənin 39-cu ayəsi, 29-cu surənin 56-cı ayəsi yazılıb. Haşiyədən içəri xalça ornamentləri həkk olunub. Düzbucaqlı kitabə motivində ərəbcə mərhumun adı və vəfatı tarixi yazılıb. "Bu qəbir alim, fazil Mövlana Sədrəddinindir. 1012 il" (1603/1604).[3]
Abidənin əsas özəlliyi məhz bu abidədə olan ağacların "Qırmızı kitab"a düşməsi və abidənin cox qədim tarixə malik olmasıdır.
Abidə Şirvan-Abşeron memarlıq məktəbinə aid türbədən və sənduqələrdən ibarətdir. Orada olan qəbirlərin üstündə və sənduqələrin üzərində nəfis işlənən kitabələr və yazılar həkk olunub. Burada çox nəfis surətdə müxtəlif mürəkkəb çiçək və həndəsi naxışlarla işlənən qəbir daşlarına və yazılı sənduqələrə rast gəlmək mümkündür. Bu abidələrin təqribən XV–XVI əsrlərə aid olması haqqında fikir söylənilir. Lakin türbələrin ətrafında aparılan arxeoloji qazıntılar və tədqiqatlar zamanı təxminən 2000 il bundan əvvəllərə aid edilən qəbirlər də aşkarlanıb.
Həmzəli kəndində dövlət tərəfindən bu tarixi abidə dövlət tərəfinfən və yerli əhali tərəfinfən qorunur. 1976-cı ildə akademik Həsən Əliyev tərəfindən burada araşdırmalar aparılıb və abidənin həm yaşı, həm də onunla bağlı digər maraqlı nüanslar ortaya çıxıb.[4]
1929-cu ildə yerli sakinlər bu abidənin üzərində türbə tikmiş və mütamadi şəkildə sakinlər tərəfindən pir əzrazisinə qayğı göstərilir türbənin təmiri həyata keçirilir.
İnsanların inanc yeri olan bu tarixi abidə özünün 1200–1500 yaşlı iynəyarpaqlı ağacları ilə də diqqəti cəlb edir. Bu abidəni hər il Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Rusiya və ərəb ölkələrindən gələn minlərlə turist ziyarət edir.
Maraqlıdır ki, burada bitən ağacları çoxaltmaq məqsədilə digər yerlərə əksələr də, onlar ya bitmir, ya da öz təbii strukturunu dəyişir.
Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinin baş meşəçisi İlqar Cəlilov bu ağacların qorunduğunu və yalnız bu ərazilərdə bitdiyini deyir.[4]
1824-cü il Şəki qəzasının Bum sahəsinin kameral təsvirinə əsasən Həmzəli kəndində 163 təsərrüfatda 734 nəfər əhali yaşayırdı ki, onların da 391 nəfərini kişilər, 343 nəfərini isə qadınlar təşkil edirdi.[5]
Əhalisini bütünlüklə sünni mənhəcli Azərbaycan türkləri təşkil edir.[7][8][9]
Kəndin mətbəxinə yalnız burada hazırlanan qoz halvası aiddir.[10]
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |