Meylamovların evi— Bakıda Bəşir Səfəroğlu küçəsi, 174 ünvanında, 1899-cu ildə inşa edilmiş üç mərtəbəli yaşayış evi.[1][2] Binanın sahibi Xələf Meylamov olub. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[3]
Meylamovların evi | |
---|---|
40°22′31″ şm. e. 49°50′29″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Bəşir Səfəroğlu küçəsi, 174 |
Tikilmə tarixi | 1899 |
Üslubu | Rokoko |
İstinad nöm. | 3161 |
Kateqoriya | Bina |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Meylamovların üç mərtəbəli yaşayış evi bağçalı kiçik meydanın qarşısında yerləşir. Üçmərtəbəli yaşayış evinin birinci mərtəbəsi ağır digər mərtəbələri isə daha yüngül rustovka ilə bölünüb. Binada klassik üsul və formalar qəbul olunub. Order sistemi mənzərəli şəkildə istifadə edilib. Zəngin sandrikli pəncərə oyuqları həcmli plastikanın xüsusi formasıdır ki, burada daş detallar heykǝltəraşlıq dərəcəsinə çatdırılıb.[1]
1914-cü ildə bu binada doğulub yaşamış Xələf Meylamovun qızı Züleyxa Əsədullayevanın dediklərinə görə binanı Şəmsi Əsədullayev, qızı Ağabacı Əsədullayevaya Xələf Meylamov ilə ailə quranda cehizin bir hissəsi kimi ona hədiyyə edib.[4] Şəmsi Əsədullayev evi 1904-cü ildə Musa Nağıyevdən alıb. Binanın üzərində bəzi əlavə işlər görmək üçün Fransadan memar gətirilib.[4] Sovet işğalından qabaq binanın pilləkənləri ağ, divarları isə qara mərmərdən olub. Pilləkənlərdə dekorativ ulduzlar olub ki onlar indi qalmayıb. Freskaları olan divar isə başdan-başa çəhrayı rənglə rənglənib.[4]