O olmasın, bu olsun (film)

O olmasın, bu olsun — 1956-cı ildə Hüseyn Seyidzadə tərəfindən çəkilmiş film.[1][2] Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır.

O olmasın, bu olsun
Filmin 25 illik yubiley afişası (1981).
Filmin 25 illik yubiley afişası (1981).
Janr komediya
musiqili
məhəbbət
Rejissor Hüseyn Seyidzadə
Əsərin müəllifləri Üzeyir Hacıbəyov
(titrlərdə yoxdur)
Ssenari müəllifi Sabit Rəhman
Baş rollarda Əliağa Ağayev
Arif Mirzəquliyev
Tamara Gözəlova
Ağasadıq Gəraybəyli
Barat Şəkinskaya
İsmayıl Əfəndiyev
Mustafa Mərdanov
İsmayıl Osmanlı
Möhsün Sənani
Operator Əlisəttar Atakişiyev
Bəstəkarlar Üzeyir Hacıbəyov
(titrlərdə yoxdur)
Rəssamlar Cəbrayıl Əzimov
Nadir Zeynalov
İstehsalçı Bakı Kinostudiyası
İlk baxış tarixi 4 iyun 1957-ci il
Filmin digər adı Məşədi İbad
Filmin növü tammetrajlı bədii film
Müddət 87 dəq.
Ölkə SSRİ SSRİ
Dillər azərbaycanca
rusca
İl 1956
Texniki məlumatlar Az. var.-10 hissə, 2609 metr
Rus var.-9 hissə, 2469 metr
35 mm
Rəng rəngli
IMDb ID4263976

Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin — Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova)[3] böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir çox dost-tanışı: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur.

İstehsalçı heyət

[redaktə | mənbəni redaktə et]

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]

Operettanı ilk dəfə 1918-ci ildə Vaqram Papazyan ilə S. Lakka filmə çəkməyə cəhd edir və Xanjonkovun[4] o zaman yeni təsis olunmuş Yalta studiyasında çəkilişlərə başlanır.[5] Lakin bu ilk film uğur qazana bilmədiyi üçün tez də sıradan çıxır.[6]

Film Azərbaycanın ilk rəngli bədii filmidir. Çəkilişlər ilyarım davam edib və aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər. Rejissor Hüseyn Seyidzadə filmdə Məşədi İbad roluna aktyor Mirzəağa Əliyevi çəkmək istəyirdi. Lakin çəkilişlər yenicə başlayanda aktyor ölmüşdür. Bundan sonra rejissor Əliağa Ağayevi baş rola gətirməyə məcbur olmuşdur. Filmdə xanəndə Xan Şuşinski qonaqlıq səhnəsində "Kürd-Şahnaz" muğamını ifa edir. Xanəndə Tükəzban İsmayılova isə "Segah" muğamı üstündə oxuyur.

Yengə rolunu oynayan aktrisa Münəvvər Kələntərli qapının dəliyindən içəri baxarkən qəflətən Sərvər çıxır və yengəni yerə yıxır. Bu məqamda yerə yıxılan aktrisa kiçik barmağını sındırmışdı. Lakin həmin çəkilişlər bitəndən sonra çəkiliş qrupu aktrisanın barmağının sındığını bilmişdilər.

Filmdə Məşədi İbadın yandırdığı bu şamlar Novruz xonçasının şamları idi. 1950-ci illərdə SSRİ ərazisində Novruz bayramını rəsmi olaraq qeyd etmək qadağan olunduğundan rejissor Hüseyn Seyidzadə Novruz ənənələrini az da olsa "O olmasın bu olsun" filmində göstərib. Xonçada boyanmış yumurtalar, çərəzlər və şamlar var. Film isə çəkildiyi ildən etibarən hər il Novruz bayramında - martın 21-i axşam saatlarında televiziyada göstərilirdi.[7] 13 il sonra isə H. Seyidzadə öz arzusuna çataraq, "Dəli Kür" filmində Novruz bayramının təsvirinə geniş yer verə bildi. Məxsusi olaraq Şıxəli Qurbanovun sayəsində.[8]

Asiya və Afrika ölkələrinin Beynəlxalq Daşkənd kinofestivalında göstərilən kinokomediya o vaxt yüksək qiymət almışdı. Filmin xarici ekranlara çıxışı da uğurlu oldu. SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin sədri A. Davıdov Azərbaycan Kinematoqrafçıları İttifaqının I katibi Hüseyn Seyidzadəyə göndərdiyi məktubunda yazırdı: ""O olmasın, bu olsun" filmi 40 ölkəyə, o cümlədən İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrəMacarıstana satılıb". Daha sonralar film daha 10 ölkəyə satıldı. Bununla belə, kinolent Bakı kinoteatrlarında nümayiş etdirilərkən, respublika mətbuatında "Müvəffəqiyyətsiz film" başlıqlı kəskin tənqidi resenziya dərc edilmişdi.[9] O vaxtlar Azərbaycana qastrol səfərinə gəlmiş hind kinematoqrafçıları bir neçə Azərbaycan filminə baxdıqdan sonra daha çox üstünlüyü Hüseyn Seyidzadənin filmlərinə vermişdilər. Hətta hind kinosunun yaradıcısı Rac Kapur onu Hindistana dəvət etmişdi: "Gedək Hindistana, orada film çəkərsən, səni milyonçu edərəm". "O olmasın, bu olsun" ekranlara çıxandan sonra kinoşünaslar filmi tənqid etmişlər: "Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küylər, eybəcər oyunbazlıqlar, gah naturalistcəsinə, gah da qeyri-inandırıcı şişirtmələr tərzində verilmiş əcaib kadrlar… Hər şeydən əvvəl isə filmdə Məşədi İbad obrazı yoxdur. Rejissor işinin pərakəndəliyi hər obrazda, hər kadrda özünü göstərir".[10] ""O olmasın, Bu olsun" filmində tamaşaçıların etirazına səbəb olan qüsur… kinokomediyada olmayan, sonra əlavə edilmiş primitiv əhvalatlar — bazarda qoçuların davası, Rüstəm bəyin evində qonaqların qalmaqalı, hamamda verilən çirkin naturalist səhnələr və s. kimə lazım idi? Bu əhvalatlar filmdə o qədər işıq, o qədər hay-küylə verilmişdir ki, komediyanın əsasını təşkil edən ictimai motivlər kölgədə qalır… Filmdə tamaşaçıya təqdim edilən Məşədi İbad isə tamamilə başqadır… Bunun təqsiri rolun yanlış traktovkasındadır. Bəla burasındadır ki, rejissor necə çalmışsa, aktyor da elə oynamışdır".[11][12]

2016-cı ildə Meksikanın paytaxtı Mexiko şəhərində Azərbaycan Kinosu günləri çərçivəsində nümayiş etdirilmişdir.[13]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Titrlərdə yoxdur.
  1. "2011-ci ilin yubilyar filmləri". Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
  2. ""O olmasın, bu olsun" operettasının 100, eyniadlı filmin isə 55 illiyinə həsr olunmuş konfrans keçirilib" //Paritet.- 2011.- 23–25 aprel.
  3. Gözəlova, T. "Məşədi İbad"dakı maraqlı yerlərin çoxu kəsildi: ["O olmasın, bu olsun" filmində Gülnaz rolunu canlandıran Tamara Gözəlova ilə söhbət] //Azadlıq.- 2011.- 1 fevral.- S.13.
  4. А.А. Ханжонков. Первые годы русской кинопромышленности. Изд. "Искусство", 1937.- стр. 216.
  5. M. Qurbanov, Ə. Qulubəyov "Kino sovetskoqo Azerbaydjana" Bakı, Azdövlətnəşr, 1969, səh 4
  6. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970.
  7. Qabil. "Məşədi İbad mənfi surətdirmi?!". modern.az (az.). 2024-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
  8. ""O olmasın, bu olsun" filmində Məşədi İbadın yandırdığı bu şamlar Novruz xonçasının şamları idi". Kulis.az Facebook səhifəsi (az.). 2021-03-16. 2024-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
  9. "Kommunist" qəzeti, 9 dekabr 1956-cı il.
  10. "Kommunist", 09.12 1956.
  11. "Ədəbiyyat və İncəsənət", 09.12.1956.
  12. "O olmasın, bu olsun: böyük aktyorların benefisi", Ekspress qəzeti, 13.03.2003, Ulduzə Qaraqızı.
  13. 525.az. "Meksikada Azərbaycan Kinosu günləri" (az.). 525.az. 21.05.2016. 2017-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-24.
  • Журнал "Советский экран", 1957, № 19, стр. 5.
  • Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 383.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 106; 118; 122–124; 144.
  • Həsənova, T. "Üzeyir Hacıbəyov və Azərbaycan kinosu". //Kino.- 2006.- 29 sentyabr.- səh. 7.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
  • "Bəs mənim bir abasım hara getdi?" //Odlar yurdu.- London, 2008, dekabr.- № 002.- səh. 15.
  • Kənan, A. ""O olmasın, bu olsun" filmi haqqında" //Kaspi.- 2011.- 25–27 iyun.- səh. 21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]