| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | prazeodim, Pr, 59 | |||||
Qrup, Dövr, Blok | , 6, f | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 140.90765 q/mol | |||||
Elektron formulu | [Xe] 4f3 6s2 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | 935 °C (1208 K, 1715 °F) | |||||
Qaynama temperaturu | 3520 °C (3793 K, 6368 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Prazeodim (lat. Praseodymium), Pr – kimyəvi element; elementlərin dövri sisteminin III qrupundandır, lantanoidlərə mənsub nadir metaldır (Yer qabığında miqdarı 7x104%-dir), at.n. 59, atom kütləsi 140,9077-dir. Təbii prazeodim stabil 141Pr izotopundan ibarətdir. Kütlə ədədləri 134–140 və 142–148 olan 14 süni izotopu alınmışdır. Təzə cilalanmış prazeodim gümüşü-ağ rəngdədir. Havada asanlıqla oksidləşdiyindən rəngi saralır. 1841-ci ildə K. Mosander "lantan torpağını" iki yeni "torpağa" (oksidlər nəzərdə tutulur) ayırdı. Onlardan biri lantanın oksidi idi, digəri isə ona çox oxşar idi və "didimiya" adını aldı, yunan sözü didimos – "ekiz". 1882-ci ildə Avstriya kimyaçısı Karl Auer fon Velsbax (1858–1919) didimiyanı da komponentlərə ayıra bildi. Aydın oldu ki, o da iki yeni elementin oksidlərinin qarışığıdır. Onlardan biri yaşıl rəngli duz verdi və Auer bu elementə prazeodim adını verdi, başqa sözlə "yaşıl ekiz" (yunanca prasinos – "açıq-yaşıl"). İkinci element qızılgül – qırmızı rəngli duz əmələ gətirir və o, neodim adlandırıldı, başqa sözlə, "yeni ekiz". [1] Sıxlığı (25 °S-də) 6,772 q/sm2-dir, 935 °S-də əriyir. 3212 °S-də qaynayır, paramaqnitdir. Başqa lantanoidlər kimi prazeodim də kimyəvi aktivdir. Birləşmələrində, əsasən +3, bəzən də +4 oksidləşmə dərəcəsi göstərir. Prazeodimun üçlü yarımkeçirici birləşmələri ilk dəfə Azərbaycanda öyrənilmişdir. Prazeodim ərintilərindən əlvan metalların və poladın legirlənməsində, şüşəçi və qaynaqçı gözlükləri üçün xüsusi şüşə istehsalında (aşqar kimi), kondensator hazırlanmasında və s. istifadə edilir.
Kimya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |