Seyid Qasım Təbrizi

Seyid Qasım Təbrizi-(?-1433), təriqət şeyxi, övliya

Seyid Qasım Təbrizi
Doğum yeri
Vəfat tarixi


Övliyanın məşhurlarından. Öncə Şeyx Sədrəddin Ərdəbilinin sonra da Şeyx Sədrəddin Əli Yumninin sohbətlərində iştirak etmişdi. Bu şəxslərdən feyz aldı.

Mövlanə Əbdürrəhman Cami onun haqqında demişdir: "Seyyid Qasım Təbrizinin tələbələrindən birini görmüşdüm. Könlü aydınlıq, qəlbi nurlu və davamlı ibadət və taət ilə məşgul idi.Allahu- təalanı davamlı zikr edən bir kimsə idi. Ondan mürşüdünün halını soruşdum. "Mən iki dəfə sohbətində oldum. Bir kərə Heratda və bir kərə də Bəlxdə. Hər iki dəfəsində də bir neçə gün xidmətində və sohbətində iştirak etdim. Mənə məmləkətimə dönməmi və zərəri toxunacaq kimsələrdən ayrılmamı əmr etdi" dedi.

Səvənlərindən bir şəxs belə demişdir: "Seyyid Qasım Təbrizi Səmərqənddə olduğu sıralarda sohbətinə getmişdim. Mərifətlər dolu sohbətlərində həzrət-i Əbu Bəkirdən çox söhbətlər açar, ondan bəhs edərdi. Hər nə zaman ondan bəhs etsə, gözlərindən qiymətli inci dənələri kimi yaşlar tökülürdü.

Türbəsini ziyarət edən bəzi əməli saleh kimsələr, qəbri üzərinə nur yağdığını görmüşdülər. 1433–cü ildə (h. 837) vəfat etdi. Qəbri Harcədcam şəhərindədir.