Xeyransa Məmmədova
Xeyransa Məmmədova (26 noyabr 1966 - 2 iyun 1995) — Azərbaycan müğənnisi.
Kiçik yaşlarından sənətə gələn istedadlı müğənni Xeyransa Məmmədovanın vəfatı faciəli nüanslardan ibarətdir. Xeyransa Məmmədova şəkər xəstəsi olub. Həkimlər onun övlad dünyaya gətirməsinə qətiyyən icazə vermir. Lakin ana olmağı çox istəyən Xeyransa Məmmədova ölümü də gözə alır. Müğənni çox erkən yaşda övlad dünyaya gətirən zaman dünyasını dəyişir.