YIXMAQ

“Bütün günahlarını mənim üstümə yıxma”, - deyirik. Mənbələrin araş­dı­rılması göstərdi ki, buradakı yıxmaq sözünün əsli yığmaq olub.Kökün son samiti (ğ) karlaşıb və yığmaqlayıxmaq” qarışıq salınıb. İndi yığyıx tamam ayrı-ayrı mənalarda işlədilir. Yığmaq feilinin yıxmaq formasına düşməsi “üstümə yıxma” cümləsini frazeoloji vahidə çevirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

YIĞNAQ
YILMAZ

Значение слова в других словарях