yaquar
yaqutabənzər
OBASTAN VİKİ
Yaqut
Yaqut (lat. rubens, rubinus — qırmızı) — dəyərli mineral daş. Oksidlər sinfinə aiddir. Qədim dövrlərdə ləl, yaxont adlanırdı. Kimyəvi tərkibi: Al2O3 Texnikada mexaniki saatlarda (əsasən qol və cib saatlarında) yastıq kimi istifadə olunub. İlk lazer qurğularında lezonans maddəsi kimi istifadə olunub.
Yaqut Abdullayeva
Yaqut Babakişi qızı Abdullayeva (1963, Cəbrayıl) — muğam və Azərbaycan xalq mahnılarının ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti. Yaqut Abdullayeva 1953-cü ildə Cəbrayıl şəhərinin Yarəhmədli məhəlləsində anadan olmuşdur. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilmişdir. Yaqut Abdullayeva 1978-ci ildən, yəni Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən vaxtdan həmin təhsil müəssisəinin Vokal kafedrasında çalışır. Tələbələrə muğam və xalq mahnıları fənnindən dərs deyir. Yaqut Abdullayevanın televiziyadakı ilk çıxışından sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı onu dəvət etmiş və 1982-ci ildə o Opera və Balet Teatrında fəaliyyətə başlamışdır. Burada o uğurlu fəaliyyət göstərmiş, "Leyli və Məcnun"da Leyli obrazını yaratmış, "Şah İsmayıl"da Ərəbzənginin, "Gəlin qayası"nda Sənəmin partiyalarını böyük məharətlə ifa etmişdir. Azərbaycan Televiziyasının "Qızıl fondu"nda bir neçə solo-konsertinin, radio fondunda isə yüzlərlə xalq mahnısının, təsnif və muğamın lent yazıları var. Yaqut Abdullayeva bir sıra xarici ölkələrdə — Almaniya, Polşa, Macarıstan, Bolqarıstan, Türkiyədə çıxışlar edib. Tofiq Hacıyev: "Yaqut xanımın "Qaragilə"sini dinlədikcə mən bir tərəfdən Təbrizi, böyük Şəhriyarı xatırıma gətirirəm, Təbrizin dolanbac küçələrini yadıma salıram, bir tərəfdən də sovet dövründə Araz boyu uzanıb bizi cənubumuzdan ayıran tikanlı məftillər, bu gün cəhənnəm uçurumuna düşmüş Xudafərin yadıma düşür.
Yaqut Dilbazi
Dilbazi Yaqut Paşa qızı (Yaqut Dilbazi; 1910, Qazax – 1994, Bakı) — azərbaycanlı yazıçı. Yaqut Dilbazi Daş Salahlı məktəbindən sonra Ali Pedaqoji İnstitutun aspiranturasını bitirib. XX əsrin 30–40-cı illər Azərbaycan ziyalılarının həyatından bəhs edən "Məhəbbət qocalmır", "Ağ yasəmənlər" povestlərinin müəllifi kimi tanınır. Bu iki povestdə sovetləşmədən sonra kənd və şəhərlərdə ilk məktəb, təlim-tərbiyə və mədəniyyət ocaqlarının təşəkkül tapmasından, eyni zamanda о çağın ziyalılarının, xüsusilə qadın və qızların fəaliyyətindən söz açılır. Müəllimlərin həyatından bəhs edən "Ağ yasəmənlər" povestində isə hadisələr müharibədən sonrakı illərə təsadüf edir. Müharibə dövründə əri Mirzağa Quluzadə hərbi xidmətə çağırılanda bir müddət yeddi aylıq oğlu Vəfanı və anasını da özü ilə götürüb Qazağın Aslanbəyli kəndinə — nənəsi Sayalı xanımın doğma elinə qohumlarıgilə getmiş, müharibə illərində bir neçə il bu kənddə müəllimə işləmişdi. Oradan da Tiflisə — hərbi qərargahda işləyən ərinin yanına getmişdi. Bakıya müharibədən sonra qayıtmışdılar. Bundan sonra 25 il Azərbaycanın ali məktəblərində Azərbaycan dilini tədris etmişdir. Onun "Məhəbbət qocalmır" povesti 1978-ci ildə, "Ağ yasəmənlər" isə 1984-cü ildə "Yazıçı" nəşriyyatı tərəfindən böyük tirajla nəşr olunmuşdur.
Yaqut Həməvi
Yaqut əl-Həməvi (1178, Konstantinopol – 20 avqust 1229, Hələb) — yunan əsilli ərəb coğrafiyaşünası, səyyahı. Yaqut əl-Həməvi Qafqaz və Azərbaycan tarixi üzrə qiymətli mənbələrdən biri olan "Mucəm əl-buldan" əsərinin müəllifidir. Yaqut əl-Həməvi əslən türk оlsa da, Suriya tacirlərindən birinin qulu оlduğu dövrdə müsəlman dinini qəbul etmişdir. Tacirin vəfatından Bağdada köçərək kitab üzü köçürmək və kitab alveri etməklə məşğul оlmuşdur. ХIII əsrin I yarısında ərəblərin əldə etdikləri məlumatları tоplamaqla "Cоğrafi lüğət" kitabını yazmışdır.Yaqut Aralıq dənizinin şərqində yerləşən ölkələri, Iranı, Оrta Asiyanı gəzmiş və Mərv şəhərində yaşamışdır. Yunan və müsəlman ölkələrinin məlumatlarına əsaslanmaqla cоğrafi lüğətlər tərtib etməklə məşğul оlmuşdur. И. Ю. Крачковский. "Путeшeствиe Ибн-Фадлана на Волгу", Издатeльство АН СССР. 1939 г. Крачковский И. Ю. Избранныe сочинeния, т.4 Москва-Лeнинград 1957 Бартольд В. В. Сочинeния, т.т.1-6 Москва 1963-68. Yâkūt el-Hamevî (yazar Casim Avcı), sayfa 288–291.
Yaqut Paşayeva
Yaqut Nəriman qızı Paşayeva (19 sentyabr 1973, Mirbəşir TərTər)— Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2013), Qabaqcıl təhsil işçisi(2023). DOM müstəqil teatrının aktrisası, ADMİU-nun "Dram teatrı və kino aktyoru" fakültəsində aktyor sənəti üzrə dosent Yaqut Paşazadə 29 sentyabr 1973-cü ildə Tərtər şəhərində anadan olub. 1990-cı ildə Tərtər rayon 6 saylı orta məktəbi bitirmişdir. 1991–1996-cı illərdə ADMİU-nun "Dram Teatrı və Kino aktyoru" fakültəsinin məzunu olmuşdur. Kursun rəhbərləri Həsənağa Turabov və Vaqif İbrahimoğlu olmuşdur. 1993-cü ildən 2018-ci ilə kimi YUĞ Dövlət Teatrında ali dərəcəli aktrisa kimi çalışıb. Hazırda DOM müstəqil teatrında fəaliyyət göstərib.Türkiyə, Qazaxıstan, Misir, Norveç, Başqırdıstan,Türkiyə, Rusiya, İran, Finlandiya,Özbəkistan və digər ölkələrdə keçirilən teatr festivallarında olmuşdur. 2013-cü ildə Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1999-cu ildə ailə həyatı qurmuşdur. 2023-cü ildə Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilib.
Yaqut Paşazadə
Yaqut Nəriman qızı Paşayeva (19 sentyabr 1973, Mirbəşir TərTər)— Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2013), Qabaqcıl təhsil işçisi(2023). DOM müstəqil teatrının aktrisası, ADMİU-nun "Dram teatrı və kino aktyoru" fakültəsində aktyor sənəti üzrə dosent Yaqut Paşazadə 29 sentyabr 1973-cü ildə Tərtər şəhərində anadan olub. 1990-cı ildə Tərtər rayon 6 saylı orta məktəbi bitirmişdir. 1991–1996-cı illərdə ADMİU-nun "Dram Teatrı və Kino aktyoru" fakültəsinin məzunu olmuşdur. Kursun rəhbərləri Həsənağa Turabov və Vaqif İbrahimoğlu olmuşdur. 1993-cü ildən 2018-ci ilə kimi YUĞ Dövlət Teatrında ali dərəcəli aktrisa kimi çalışıb. Hazırda DOM müstəqil teatrında fəaliyyət göstərib.Türkiyə, Qazaxıstan, Misir, Norveç, Başqırdıstan,Türkiyə, Rusiya, İran, Finlandiya,Özbəkistan və digər ölkələrdə keçirilən teatr festivallarında olmuşdur. 2013-cü ildə Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1999-cu ildə ailə həyatı qurmuşdur. 2023-cü ildə Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilib.
Yaqut Sadıqova
Yaqut Məmmədova (jurnalist)
Yaqut Əfrasiyab qızı Məmmədova (təxəllüsü Tapdıqqızı; d.1982, Lənkəran, Azərbaycan SSR) — azərbaycanlı jurnalist, "Tərəqqi" medalı laureatı (2020), "Azad Azərbaycan" telekanalının "ATV Səhər" redaksiyasının baş redaktoru, "ATV Qərargah" və "Qarabağ gündəliyi" layihələrinin rəhbəri və aparıcısı. 1988-1999-cu illərdə Lənkəran şəhər 1 nömrəli orta məktəbdə təhsil almış, 1999-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində Lider televiziyasında ştatdankənar müxbir kimi fəaliyyətə başlamış və 2005-ci ildən "Lider TV"-nin İctimai-siyasi, sosial problemlər və informasiya analitik proqramlar xidmətinin "Səda" informasiya qrupunun müxbiri, daha sonra "Səda-Səhər" informasiya verilişinin aparıcısı və redaktoru olmuşdur. 2010-cu ildə Lider televiziyasının İctimai-siyasi, sosial problemlər və informasiya analitik proqramlar xidmətinin yaradıcı prodüseri vəzifəsinə təyin olunaraq bir sıra layihələrə rəhbərlik etmişdir. Lider televiziyasının arxivində qorunan Heydər Əliyevə həsr edilmiş "Aşılmayan Sədd" və prezident İlham Əliyevin ilk prezidentlik dövründə fəaliyyətindən bəhs edən "Yüksəliş" sənədli filmlərinin müəllifidir. 2012–2015-ci illərdə "New Baku Post" qəzetinin Sosial Xəbərlər Bölməsinə rəhbərlik etmişdir. 2015–2018-ci illərdə CBC telekanalında Xəbər departamentinin prodüseri vəzifəsində çalışmış, eyni zamanda, 2016-cı ildə aprel döyüşləri zamanı hadisələrin işıqlandırılması üçün Müdafiə Nazirliyi tərəfindən yaradılan media qrupuna daxil edilərək bir neçə dəfə cəbhə bölgəsinə ezam olunmuşdur. 2018-ci ilin yanvarında Cocuq Mərcanlıdan "Böyük Qayıdışın başlanğıcı" sənədli filmini hazırlamışdır. 2018-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının İctimai–siyasi və Xəbərlər departamentinin "ATV Səhər" redaksiyasının baş redaktoru vəzifəsində çalışır. Bundan başqa, ATV televiziyasında yayımlanan "ATV Qərargah" layihəsinin müəllifi və aparıcısıdır.
Yaqut əl-Həməvi
Yaqut əl-Həməvi (1178, Konstantinopol – 20 avqust 1229, Hələb) — yunan əsilli ərəb coğrafiyaşünası, səyyahı. Yaqut əl-Həməvi Qafqaz və Azərbaycan tarixi üzrə qiymətli mənbələrdən biri olan "Mucəm əl-buldan" əsərinin müəllifidir. Yaqut əl-Həməvi əslən türk оlsa da, Suriya tacirlərindən birinin qulu оlduğu dövrdə müsəlman dinini qəbul etmişdir. Tacirin vəfatından Bağdada köçərək kitab üzü köçürmək və kitab alveri etməklə məşğul оlmuşdur. ХIII əsrin I yarısında ərəblərin əldə etdikləri məlumatları tоplamaqla "Cоğrafi lüğət" kitabını yazmışdır.Yaqut Aralıq dənizinin şərqində yerləşən ölkələri, Iranı, Оrta Asiyanı gəzmiş və Mərv şəhərində yaşamışdır. Yunan və müsəlman ölkələrinin məlumatlarına əsaslanmaqla cоğrafi lüğətlər tərtib etməklə məşğul оlmuşdur. И. Ю. Крачковский. "Путeшeствиe Ибн-Фадлана на Волгу", Издатeльство АН СССР. 1939 г. Крачковский И. Ю. Избранныe сочинeния, т.4 Москва-Лeнинград 1957 Бартольд В. В. Сочинeния, т.т.1-6 Москва 1963-68. Yâkūt el-Hamevî (yazar Casim Avcı), sayfa 288–291.
Yaqut boğazlı kalibr
== Yaqut boğazlı Kolibri == Yaqut boğazlı kolibri[1][2][3][4][5] və ya yaqut boğazlı kolibri[6] və ya yaqut boğazlı kolibri[7][5] və ya adi kolibri[5] və ya adi (yaqut boğazlı, yaqut boğazlı) arxilok [5] - (lat. Archilochus colubris), kolibrilər fəsiləsinə aid quş növü, erkəklərinin parlaq qırmızı yaxasına görə belə adlandırılmışdır. Qalan lələklər zümrüd yaşıldır, üstü metal parıltılı, altından yüngüldür. Yaqut-boğazlı kolibri Şimali Amerikanın şərqində böyüyən yeganə kolibri növüdür. Qış üçün quşlar Meksika və Mərkəzi Amerikaya uçur, Körfəz sahili boyunca və ya birbaşa Körfəzdən keçir. Onlar çiçəkli bitkilərin və kiçik həşəratların nektarı ilə qidalanırlar; Nəslə qulluq etmək üçün yalnız dişi məsuldur: o, ağ bitki tükündən yuva qurur, çöldən likenlə kamuflyaj edir və iki ağ, hamar yumurta qoyur və 12-14 gün inkubasiya edir. Dişi yumurtadan çıxan cücələri daha 9 gün qızdırır, onları yalnız yemək üçün buraxır, sonra isə yalnız onları qidalandırmaq üçün uçur. 18-22 gündən sonra cücələr yuvanı tərk edirlər. Yaqut boğazlı kolibri Karl Linney 1758-ci ildə özünün “Təbiət Sistemi”nin onuncu nəşrinə daxil etmişdi, lakin Mark Katsbi və Corc Edvardsın əsərlərində daha əvvəl təsvir edilmişdir. Beynəlxalq Ornitoloqlar İttifaqı, Şimali Amerikanın qərbində yaşayan qaraboğazlı Archilochus da daxil olmaqla, Archilochus kolibri cinsinə aid növləri təsnif edir.
Roma yaqutu
Roma yaqutu (ing. Ruby Roman) — dünyanın ən bahalı üzüm sortu. Bu üzüm növü yapon mütəxəssisləri tərəfindən kəşf edilib. Onun becərilməsi layihəsinə isə hökumət özü nəzarət edir. Qırmızı yaqut rəngdə olan gilələr çox böyükdür; onların biametri 3 santimetrə çatır və tərkibində yüksək dərəcədə şəkərin olması ilə seçilir. 2016-cı ildə Yaponiyanın Kanazava şəhərində keçirilən hərracda bu üzüm növünün bir salxımı 1,1 milyon yen və ya 11 min dollara satılmışdır. Hərracda satışa çıxarılan üzüm salxımının çəkisi cəmi 0,9 kiloqram olub. Salxımda 30 üzüm giləsi olub, başqa sözlə, hər üzüm giləsi alıcıya 350 dollara başa gəlib.
Yaqutil Mişiyev
Yaqutil Mişiyev (tam adı: Yaqutil İsrailoviç Mişiyev, ivr. ‏יאגוטיל מישייב‏‎; rus. Мишиев, Ягутил Израилович; 29 mart 1927, Qırmızı Qəsəbə, Quba qəzası – 2 aprel 2024, Rişon-le-Sion, Mərkəz dairəsi) — yazıçı, Dərbəndin tarixi haqqında kitabların müəllifi, Dağıstan Respublikasının və Rusiya Federasiyasının əməkdar müəllimi. Yaqutil Mişiyev 29 mart 1927-ci ildə Quba rayonunda Qırmızı Qəsəbədə anadan olmuşdur. 1943-cü ildə məktəbi başa vurduqdan sonra müəllim kadrlara ehtiyac yarandığından müəllimlik kurslarına göndərilmişdir. Elə həmin ilin sentyabrında, 16 yaşında ikən məktəbdə pedaqoji fəaliyyətə başlamışdır. 1944-cü ildə Kuban Pedaqoji Kollecində distant təhsilini tamamlamışdır. 1945-ci ildə məktəbdə işləyərkən Kuban Pedaqoji İnstitutunda riyaziyyat ixtisası üzrə təhsil almağa başlamışdır. 1947-ci ildə riyaziyyat və fizika müəllimliyi ixtisası üzrə diplom almışdır. O, İkinci Dünya müharibəsində əmək cəbhəsində fəaliyyət göstərmiş şəxslərin medalla təltif edilməsi məqsədilə 1943–1951-ci illərdə Quba rayonu üzrə sənədləşdirmə işlərinin aparılmasında fəal iştirak etmişdir.
İsmayıl ibn Yaquti
Qütbüddün İsmayıl ibn Alpsunqur Yaquti əl-Səlcuqi əl-Qınıqi (v. 1093) — Çağrı bəyin nəvəsi, Böyük Səlcuqlu imperiyası dövründə Azərbaycanın hakimi (1090–1093). İsmayıl Yaquti bəyin oğlu, Çağrı bəyin nəvəsi, Mikayıl bəyin nəticəsi, Səlcuq bəyin kötükcəsidir. Xorasanda, Nişapur şəhərində doğulmuşdu.Səlcuqlu ordusunun sərkərdəsi idi. Sultan 478-ci ilin sonlarında (fevral-mart 1086) Qafqaza yeni bir səfər daha düzənlədi və bölgəni səlcuqlulara tabe etdi. Məhəlli hökmdarlar Məlikşahı mətbu, de fakto tanıdıqlarını bildirdilər. Gəncə yörəsi doğrudan mərkəzə bağlandı. Məlikşah, Azərbaycan ümumi valisi Qütbüddin İsmayıl ibn Alpsunqur Yaqutiyə Arran və Qafqazın idarəsini də verdi (483/1090). Sultan Börkyaruqla anlaşmaya baxmayaraq bütün ölkəyə hakim olmaq istəyən Tərkən xatun, bu dəfə onun dayısı Azərbaycan məliki İsmayıl ibn Yakutiyə xəbər göndərib Börkyaruqu bərtərəf etməsi şərtiylə evlənmə vədi verdi. İsmayıl bu təklifi qəbul edərək Börkyaruq üzərinə yürüdü, fəqət Həmədan-İsfahan arasındaki Kərəcdə meydana gələn savaşda məğlub oldu (486/1093).
İstanbul yaqutu (göydələn)
Istanbul Sapphire — İstanbulda yerləşən göydələn. 261 metr hündürlüyü (antenlərlə) ilə Avropada (Rusiya istisna) "Şard London Briç" binasından sonra ən yüksək 2-ci binadır. İstanbulun Kağızxana bölgəsində yerləşir. İstanbulun Çeliktəpə səmtindəki Böyükdərə küçəsində yerləşən @Istanbul Sapphire@ binası Türkiyədə inşa edimiş ən böyük binadır. 261 metr hündürlükdəki göydələni İstanbulun bir çox yerindən görmək olar. Göydələn ÖSYM (Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi) binasının yanında yerləşir. 165.169 m2 sahəyə sahib bina yer altındakı 10 mərtəbə də daxil olmaqla 66 mərtəbədən ibarətdir. Bina 30 metr uzunluğunda antenlərə da malikdir. Binadan alış-veriş mərkəzi və yaşayış binası kimi istifadə olunur. Avtodayanacaq göydələnin ilk 6 mərtəbəsində yerləşir.

Digər lüğətlərdə