YAĞIR

Heyvanın belinə yağır deyiblər. Sonra beldə yəhərin sürtüb açdığı yara da yağır adlanıb. Güman ki, yağırsağrı sözləri tarixi baxımdan eyni söz olub. Yağır dərinin sürtülməsi nəticəsində əmələ gələn yaraya deyilir. İkinci yozum da mümkündür: bir sıra türk dillərində yağır sözü caur kimi işlədilir. Caur isə “su” (maye) anlamı ilə bağlıdır. Əgər belədirsə, onda caur yaradan süzülən maye kimi də başa düşülə bilər. Başqa yozum da ola bilər:

1. Söz yarağ kimi olub (atın bel yarası), sonra səslərin yerdəyişməsi nəticəsində yağır formasını kəsb edib.

2. Söz yarıq kimi olub (yarılmaq feili ilə bağlıdır) və forma dəyişmələrinə məruz qalıb. Mübahisəlidir. Mənbələrdə gəriş (xolka) sözü də var: heyvanın boynu ilə belin ön hissəsini birləşdirən yerə deyilir. Deyim də olub: “gəriş yağırı oğula qalar” (не заживает). Yağır olmuş ata “gərişəgü at” deyiblər.Yaqrını sözü “sağrı” anla­mında da qeydə alınıb. Özbək dilində yağırbel sözləri sinonim kimi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

YAĞ
YAĞIŞ
OBASTAN VİKİ
Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır
"Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır" (rus. На Дерибасовской хорошая погода, или На Брайтон-Бич опять идут дожди) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == SSRİ və ABŞ kimi iki böyük dövlətin prezidentləri çox vacib danışıqlar üçün bir-birilə görüşməlidirlər. Lakin bu görüş ABŞ-yə əsaslanan rus mafiyasının nümayəndəsinin telefon xəttini kəsməsi nəticəsində baş tutmur. Mafioz Rabinoviç hətta telefon xətti vasitəsilə iki prezidentin gizli danışıqlarını eşidir. Bu cür başlanan komediyada sonradan SSRİ və ABŞ-nin agentləri olan Fyodr Sokolov və Meri Starın sayəsində işin üstü açılır. Onlar gah Lenin, gah Stalin, gah Brejnev, gah Xruşşov, gah da adi Mişa dayıya çevrilən "artist" ləqəbli rus mafiyasının başçısını aşkara çıxarırlar. == Film haqqında == Filmin təqdimatı İsraildə olmuşdur. Bu film kinorejissor Leonid Qaydayın kinoda sonuncu işidir. Filmdə Leonid Qayday kiçik epizodda kazino müştərisi rolunu ifa edir.
Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır (film, 1992)

Значение слова в других словарях