Zilli Namazov
Namazov Zilli Yunus oğlu — Azərbaycan kino aktyoru, ikinci rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2019).
== Həyatı ==
1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakultəsində Adil İsgəndərovun kursunu bitirib,1976 ildən Azərbaycanfilmdə aktyor-rejissor kimi çalışır...Azərbaycanfilmin istehsal etdiyi 50-dən çox filmdə irili-xırdalı obrazlar yaradıb.Bundan əlavə "Belarusfilm","Mosfilm","İranfilm" və ABŞ-nın istehsal etdiyi filmlərdə çəkilib.Yaratdığı xarakterik obrazlarla tamaşıçıların qəlbinə yol tapan aktyor dublay olunan filmlərdə fəaliyyət göstərir.Gənc aktyorların formalaşmasında yaxından iştirak edir.Eyni zamanda görkəmli kino rejissoru Vaqif Mustafayevin çəldiyi filmlərində rejissor kimi işləyib.Hal-hazırda kino fəaliyyəti ilə yanaşı,televiziya sahəsində də,çalışır.Ailəlidir:oğlu İlkin Namazov da aktyor kimi çalışır.
Zilli Namazov 27 dekabr 2021-ci ildə Bakı şəhərində xərçəng xəstəliyindən vəfat etmişdir.
== Mükafatları ==
31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
== Filmoqrafiya ==
777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)
777 №-li müəssisədə (film, 1988)(qısametrajlı bədii süjet-Mozalan № 129)
Alman klinikasına şəxsi səfər (film, 1988)(tammetrajlı bədii film)-rol: Səlimov
Bəlkə... (film, 1985)
Bəyaz həyat (film, 2003)
Bəyin oğurlanması (film, 1985)
Bir ovuc torpaq (film, 2009)
Bircəciyim (film, 1986)
Birisigün, gecəyarısı... (film, 1981)
Bumeranq (film, 1982)
Dad (film, 1984)
Dağıdılmış körpülər (film, 1996)
Dalan (film, 2012)
Dəvətnamə (film, 1989)
Doğma sahillər (film, 1989)
Əlavə iz (film, 1981)
Gözlə məni (film, 1980)
Güllələnmə təxirə salınır!... (film, 2002)
Hər şey yaxşılığa doğru (film, 1997)
Heydər Əliyev. Birinci film. General (film, 1996)
Heydər Əliyev.