ZİYANKAR

ZİYANKAR – XEYİRXAH Rəzil və ziyankar o adamdır ki, öz bəxtinə qürrələnir (M.Talıbov); Müəllimin xeyirxah adam olduğunu çoxdan bilirdi (M.Hüseyn).

ZİYANÇILIQ
ZİYANKARLIQ
OBASTAN VİKİ
Ziyankar bağacıq
Ziyankar bağacıq (lat. Eurygaster integriceps Put.) — buğumayaqlılar tipinin həşəratlar cinsinin taxtabitilər dəstəsinə aid olan növ. == Xarici quruluşu == Bu zərərvericinin bədən forması bağaya (tısbağaya) çox oxşadığı üçün ona ziyankar bağacıq adı verilmişdir. Bədəni xaricdən xitin sipərlə örtülmüşdür. Bədəninin rəngimüxtəlif olub, adətən, bozumtul-sarı, tutqun qəhvəyi və bəzi hallarda isə qara olur. Ön döşün kənarları dəyirmidir. Ön qanadlar təmamilə xitinləşmişdir və bədənin bütün səthini örtür. Arxa qanadlar isə şəffafdır. Uzunluğu 10-12, eni isə 6–7 mm.-dir. == Yayılması == Ukraynada, Azərbaycanda, Şimali Qafqazda, Volqa boyunda, Orta Asiya respublikalarında geniş yayılmışdır.
Ziyankar proqram
Ziyankar proqram, ziyanverici proqram, zərərli proqram (rus. вредоносная программа, ing. malware - malicious — "pisniyyətli" и software — "proqram təminatı") — kompüter sistemlərində informasiya təhlükəsizliyinə təhdidlərin əsas, mənbələrindən biridir, icazəsiz və əksər hallarda ziyankar əməllərin həyata keçirilməsi üçün yaradılan və istifadə edilən bütün proqramları birləşdirir. == Növləri == Təsir mexanizmindən asılı olaraq ziyankar proqramların növləri: məntiqi bombalar - kompüterdə daimi yerləşən və yalnız müəyyən şərtlər ödəndikdə yerinə yetirilən proqramlardır. Belə şərtlərə misal: verilmiş tarixin başlaması, kompüter sisteminin müəyyən iş rejiminə keçməsi, bəzi hadisələrin müəyyən dəfə baş verməsi və s. ola bilər. kompüter virusları - digər proqramlara yeridilmə yolu ilə müstəqil yayılan, müəyyən şərtlər yerinə yetirildikdə kompüter sisteminə mənfi təsir göstərən kiçik proqramlardır. soxulcanlar - müstəqil, yəni başqa proqramlara yeridilmədən öz surətlərini kompüter sistemlərində yaymağa və onları işə salmağa qabil olan proqramlardır (virusun aktivləşməsi üçün yoluxmuş proqramın işə salınması tələb olunur). Soxulcanların axın kimi yayılması rabitə kanallarının, yaddaşın həddən artıq yüklənməsinə və son nəticədə sistemin iflic olmasına gətirib çıxarır. Troyan proqramı - funksional cəhətdən faydalı proqram kimi görünən ziyankar proqramlardır.
Ziyankar proqramlar

Triton (ziyankar proqram)
Triton ilk dəfə 2017-ci ildə Səudiyyə Ərəbistanının neft-kimya zavodunda aşkar edilmiş zərərli proqramdır. O, təhlükəsizlik alətləri ilə təchiz edilmiş sistemləri sıradan çıxara bilər ki, bu da zavodun fəlakətinə səbəb ola bilər. O, "dünyanın ən öldürücü zərərli proqramı" adlandırılıb. 2017-ci ilin dekabrında Səudiyyə Ərəbistanında olduğu güman edilən naməlum elektrik stansiyasının təhlükəsizlik sistemlərinin Schneider Electric SE tərəfindən istehsal edilən Triconex sənaye təhlükəsizliyi texnologiyasının dövlət tərəfindən dəstəklənən hücum olduğu güman edilən hücumda hədəfə alındığı bildirildi. Kompüter təhlükəsizliyi şirkəti Symantec iddia etdi ki, "Triton" kimi tanınan zərərli proqram Microsoft Windows əməliyyat sistemi ilə işləyən kompüterlərdəki boşluqdan istifadə edib. 2018-ci ildə kibertəhlükəsizliyi araşdıran FireEye şirkəti, zərərli proqramın çox güman ki, Rusiyadakı tədqiqat qurumu olan Mərkəzi Elmi Tədqiqat Kimya və Mexanika İnstitutundan (CNIIHM) gəldiyini bildirdi.

Digər lüğətlərdə