ÖPMƏK

f.
1. Sevgi, dostluq, sevinc əlaməti olaraq, yaxud görüşdükdə və ya ayrıldıqda dodaqlarını birinə və ya bir şeyə toxundurmaq; busə etmək, busə almaq. Gözlərindən öpmək.
– Səhər Sona çay vaxtı adət üzrə anasını öpdü. N.Nərimanov.
Mehriban məhəbbətlə qarışıq bir həyəcanla Rəmziyyənin üzündən, dodaqlarından, gözlərindən öpməyə başladı. S.Hüseyn.

// Obrazlı təşbehlərdə.
Axar çaylar öpdü o gün; Atlıların ayağından. S.Vurğun.
Məzarı öpdükcə hörmətlə rüzgar; Düşür çöhrəsinə ilıq damlalar. M.Rahim.

2. məc. Toxunmaq, təmas etmək, dəymək.
[Arslan bəy Maralın verdiyi çiçəyi alaraq:] …Əllərinizi öpmüş olan bu munis gülə ömrüm olduqca pərəstiş edəcəyəm. H.Cavid.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÖPMƏK ÖPMƏK [Məmiş:] Qoy öpüm, xalaoğlu, hamı elə bilir ki, Məmiş xoşbəxtdir... (B.Bayramov); BUSƏ ETMƏK (köhn

Etimologiya

  • ÖPMƏK Öpmək, hopmaq, hap (eləmək) sözlərinin hər üçü kökdaşdır və qədim mənaları “sormaq, ağzına almaq” deməkdir
ÖPMƏ
ÖPÜLMƏ

Digər lüğətlərdə

Була́нка всесве́тный кетовый намяка́ть несводи́мый подкузьми́ть ре́ять эстра́да жаропро́чный забить / забивать стре́лку инве́нция лютни́ст располосо́вывать пабед alchemy chiliast communication cord eats iconoclastic preaudit rainhead unaided дрань перегнать пожарный