ÇAPMAQ

f.
1. Çapacaq, balta, külüng və s. ilə parçalamaq, doğramaq. Ət çapmaq. Odun çapmaq.
– Belə ki, hansı kənd Şurasının adamı harada işləyəcək, nə qədər iş görəcək, torpaq qaldıracaq, daş çapacaq, meşə çıxaracaq – hamısı nəzərə alınmışdı. S.Rəhimov.

2. İti sürmək (atı). Odur atlılar dəstədəstə, ya tək-tək uzaqdan görsənirlər.
Bir qeyriləri də şəhərdən çıxıb aşağı tərəfə çapırlar… C.Məmmədquluzadə.

// Sürətlə getmək, qaçmaq (at).
Hara belə çapırsan? – At kişnəyir, çapır, toz qopur dağdan; İştə bir hənirti gəlir uzaqdan. A.Səhhət.

// Qaçıb getmək.
Bəli, elə o lazımdır ki, Məşədinin gözü sataşsın övrətin qıçlarına, tez çapacaq mollanın yanına ki, filan övrəti al mənə! C.Məmmədquluzadə.

3. Zorla və ya başqa yolla var-yoxunu əlindən almaq; talamaq, soymaq, çapıb-talamaq.
[Hacı Nuru şair:] Avar ləzgisi altmış il bundan əqdəm Xanbutayın sərkərdəliyilə Nuxunu gəlib çapdığını nəzm etmişəm. M.F.Axundzadə.

4. Kəsərti ilə, iti bir şeylə yaralamaq.
…Mahmud ayağını balta ilə çapdı. Z.Xəlil.
[Şəmsi] buradan yıxılıb üzünü çapmışdı. H.Seyidbəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇAPMAQ 1. ÇAPMAQ (atı iti sürmək) Çapır qızıl atlılar, öndə o gənc qəhrəman (Ə.Cəmil); SƏYİRTMƏK Atını dördnala səyirdərək men; Nəhayət, Boz dağa gəlib yetiş
  • ÇAPMAQ talamaq — soymaq
  • ÇAPMAQ sürmək — səyirtmək
  • ÇAPMAQ kəsmək — yarmaq — doğramaq — şaqqalamaq — parçalamaq — bölmək

Omonimlər

  • ÇAPMAQ ÇAPMAQ I f. Səyirtmək, bərk sürmək. Tapdıqgil də onun arxasınca dördnala çapdılar (İ.Şıxlı). ÇAPMAQ II f
ÇAPMA
ÇAPOVUL

Digər lüğətlərdə

запи́сывание медали́стка мультимеди́йный наоставля́ть подмёрзнуть приша́ркивать сглота́ть доспра́шивать ло́гос на восто́к от нада́риваться паспарту́ пи́саное плющи́льный проявле́ние ссо́хнуться эндока́рд agential chemmy oaken platemaker randomness roster scan селить шутиха