ÇAŞI
ÇAŞIB-QALMAQ
OBASTAN VİKİ
Fotoqrafiyada uzun müddətli məruz qalma
Uzun müddətli məruz qalma, vaxta məruz qalma hərəkətli cisimləri bulanıqlaşdırarkən görüntüdəki sabit cisimləri tutaraq çəkmək üçün uzun müddətli çəkiliş sürətini ehtiva edir. Fotoqrafiyada uzun müddətli məruz qalma metodu ənənəvi fotoqrafiyanın tuta bilmədiyi bir amili tutar: Uzun bir müddəti. Parlaq və hərəkət edən cisimlərin trayektoriyaları dəqiq şəkildə görünən hala gəlir - avtomobil işıqları parlaq xətlər çəkər, ulduzlar səmada iz buraxar və su dalğaları hamar görünər. Parlaq cisimlər iz buraxar, qaranlıq cisimlər isə əsasən itir, görüntüdə öz əksini tapmır. == Tətbiqetmələr == Ulduz izi fotoşəkili, Yerin fırlanması səbəbindən gecə səmasında ulduzların görünən hərəkətini çəkmək üçün uzun müddətli məruz qalma metodundan istifadə edilir. === İşıqla boyama === Bu texinkada, səhnə çox qaranlıq tutulur, fotoqraf və ya köməkçisi əlinə işıq alır və onu istəyə uyğun olaraq hərəkət etdirir, naxış canlandırır və s. === Su və uzun müddət məruz qalma === 30 saniyəlik uzun məruz qalma, şəlaləni duman kimi bir görünüşdə göstərərkən bu görüntünün hərəkətsiz elementlərini kəskin şəkildə büruzə verdi. Hovuzdakı fırlanan su isə tam dairələr əmələ gətirir == İstinadlar == 8 Tips for long exposure photography. Digital Photography School. http://digital-photography-school.com/8-tips-for-long-exposure-photography School of Photography Greenspun, Philip (January 2007).
Sağ qalma oyunu (film, 2012)
Sağ qalma oyunu (İngiliscə: Gone) Heitor Dalianın rejissorluğu, Allison Barnettin ssenari müəllifi olduğu və baş rolda Amanda Seyfridin oynadığı filmdir. Rusiyada premyerası 23 fevral 2012-ci ildə baş tutmuşdur. == Süjet xətti == Portlenddə yaşayan Cill Konvey, gecə yarısı serialı qatil tərəfindən evindən qaçırılır və onu Forest Parkda bir yerdə dərin bir çuxura salır. Çuxurun dibində, Cill insan sümükləri görərkən dəhşətə gəlir - o, manyak tərəfindən qaçırılan ilk şəxs olmadığını başa düşür. Skeletlərdən birinin bir sümüyünü silah kimi götürən Cill manyakın kəndir nərdivanından istifadə edərək çuxura enməsini gözləyir və daha sonra onu sümüklə vurur və oradan qaçır. Qız polisə müraciət etsə də, polis isə nə manyakı, nə də çuxuru tapır. Və sonra məlum olur ki, Cill valideynlərinin ölümündən sonra bir müddət ruhi xəstəxanada olub, bundan sonra polis onun hər şeyi xəyal etdiyi qənaətinə gəlir və Cill yenidən ruhi xəstəxanaya göndərilir. Bir il sonra xəstəxanadan buraxılan Cill özünün haqlı olduğunu sübut etmək üçün Forest Parkında sektorlar üzrə axtarış aparır, lakin bütün səyləri nəticəsiz qalır. Bir gün evə qayıdanda bacısı Mollinin evdə olmadığını aşkar edir. Onun gündəlik fəaliyyətini bilən və Mollinin dostlarından onun son vaxtlar ərzində heç bir yerdə görünmədiyini eşidən Cill Mollinin qaçırıldığını dəhşətlə anlayır.
Sid, sağ qalma təlimatı (animasiya, 2008)
Sid, sağ qalma təlimatı (ing. Surviving Sid) - 2008-ci ildə "Blue Sky Studios" tərəfindən istehsal olunmuş qısametrajlı animasiyadır. == Məzmun == Safsar Sid uşaqları təhlükəli yolları dəf edərək onları düşərgəyə aparır. Amma bir müddət keçdikdən sonra uşaqlar Siddən bezərək özləri başçılıq etməyə başlayırlar... == Xarici keçidlər == Rəsmi sayt «Sidin sağ qalmaq mübarizəsi» — Internet Movie Database saytında.

Digər lüğətlərdə