ÖLÜVAY

sif. Əlindən iş gəlməyən; atil, bacarıqsız, aciz, key.
[Pərini indi Teyyibə] ölüvay hesab eləyir, üstünə ayaq alırdı. M.Hüseyn.

// İs. mənasında. Ölü-vayın biridir.
[Heybət:] Görürsən də, Xəlil dayı? Saatlılar məni ölüvayların cərgəsinə yazmışdılar. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÖLÜVAY key — süst — maymaq
  • ÖLÜVAY cılız — arıq — sısqa
  • ÖLÜVAY ətalətli — solğun — üzgün
  • ÖLÜVAY ağzıboş — aciz

Antonimlər (əks mənalı sözlər)

  • ÖLÜVAY ÖLÜVAY – BACARIQLI Ölüvay oğlu, ölüvay, dur bir sən də hərəkətə gəl (“Azərbaycan”); Çox bacarıqlı qızdır (C

Etimologiya

  • ÖLÜVAY Əsli ölüxay kimi olub, solaxay, dəlixay sözlərinin qəlibi üzrə yaranıb. Təhrif nəticəsində xay sözü vay şəklinə düşüb
ÖLÜŞKƏMƏK
ÖLÜVAYLIQ

Digər lüğətlərdə