ÜZBƏÜZ

ÜZBƏÜZ Fikrət qadının qolundan yapışıb, ..dəyirmi stolun arxasında əyləşdirdi, özü də onunla üzbəüz oturdu (H. Abbaszadə); DİZ-DİZƏ Təbiət bizimlə durub diz-dizə; Başından keçəni danışır bizə (S.Vurğun); QABAQ-QƏNŞƏR [Vəhş:] Elə ki, qabaq-qənşər oturub şirin söhbətə başladıq.. (Ə.Vəliyev); NƏFƏS-NƏFƏSƏ Tahir Lətifə ilə nəfəs-nəfəsə dayandı (M.Hüseyn); RUBƏRU Dün mənimlə rubəru buldu nigar, oldu rəqib (Xətayi); ÜZBƏSURƏT Rəiyyət Vəliş Qarabağın məşhur mülkədarı İsmayıl bəylə üzbəsurət oturub danışır (Ə.Vəliyev); ÜZÜZƏ Bir azdan o, sədrlə üz-üzə dayanmışdı (X.Hasilova); QABAQ-QABAĞA (bax).

ÜZBƏSURƏT
ÜZƏNGİ

Digər lüğətlərdə