ŞALLAQLAMAQ

f. Şallaqla vurmaq, qamçılamaq, qırmanclamaq. Atı şallaqlamaq.
– Sanki Əsgər yuxuda idi, indi ayıldı, kəlləri şallaqlamağa başladı. Ə.Vəliyev.

// Məc. mənada.
[Mustafa həkimə:] Axı bu dəlini gətirib buraya qatmısınız, bizim günahımız nədi, bizi şallaqlayır? C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞALLAQLAMAQ ŞALLAQLAMAQ, QAMÇILAMAQ, QIRMANCLAMAQ, TATARILAMAQ (şallaqla vurmaq)
  • ŞALLAQLAMAQ qamçılamaq — qırmanclamaq — çubuqlamaq — döyəcləmək
ŞALLAQLAMA
ŞALLAQLANMA

Digər lüğətlərdə