ƏMLAK
ƏMMƏ
OBASTAN VİKİ
Əmmamə
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Əmman
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi. == Tarixi == Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur.
Əmmar: Cin təriqəti (film, 2014)
Əmmar: Cin təriqəti rejissorluğunu Özgür Bakarın, ssenari müəllifliyini Alper Qığılcım və Özgür Bakarın birlikdə etdiyi, baş rolları Duyğu Paracıqoğlu, Eylül Su Sapan, Dilşah Dəmir, Ozan Akbaba və Burak Sarımolanın paylaşdığı türk istehsalı bir qorxu filmidir. Film Türkiyə sinemalarında 119.850 nəfər tərəfindən seyr edilib. == Məzmun == Fəridə ilə sevgilisi Fəridənin ev dostu və onunla arasını düzəltmək istədikləri Barkını həftəsonu tətili üçün bir dağ evinə dəvət edir. Dəvətsiz qonaq Cananın da daxil olması ilə gərgin başlayan səyahət bir-biri ardınca yaranan qorxulu hadisələr nəticəsində içindən çıxılması qeyri-mümkün bir hal alır.
Əmmar Hassan
Əmmar Nəqşəvani
Seyid Əmmar Nəqşəvani olaraq tanınan Seyid Dr. Əmmar əl-Nəqşəvani (ərəb. عمار النقشواني‎) Britaniya-İraq əsilli intellektual elm adamı, müəllif və natiq. Nəqşəvani 2014-cü ildə 500 ən nüfuzlu müsəlman siyahısına daxil edilmişdir. Kolumbiya Universitetinin Orta Şərq İnstitutu və Kembric Universitetinin İslam Araşdırmaları Mərkəzində ziyarətçi elm adamı olmuşdur. Daha əvvəl Hartford Seminariyasında İslam hüququ məktəbləri və Şiə araşdırmaları, dialoquna aid olan İmam Əli kürsüsünü icra etmişdir. == Həyatı və təhsili == Nəqşəvani böyük Ayətullah Əbu əl-Qasim əl-Xoyinin Kufədəki nümayəndəsi olaraq vəzifəsini yerinə yetirən Höccətülislam Mürtəza Nəqşəvaninin (vəf.1990-cı il) oğlu Emad Nəqşəvaninin ailəsində anadan olub. Anası mərhum şeyx Məhəmməd-Təqi əl-İrəvaninin qızıdır. Ata tərəfdən etnik azərbaycanlı olaraq yeddinci şiə imamı Musa əl-Kazım vasitəsilə Məhəmmədin nəslindən olduğunu iddia edir. Dayısı Baqir əl-İrəvani Nəcəfin İslam seminariyasında bir fəqih və müəllimdir.
Əmmar bin Yasir
Əmmar ibn Yasir (ərəb. عمار بن یاسر‎; 570, Məkkə – 22 iyul 657) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. == Həyatı == Əmmarın atasının adı Yasir, anasının adı Süməyyə idi. Yasir Məxzum qəbiləsinin rəisi Əbu Həzifə Məxzuminin kənizi Süməyyə ilə izdivac etdi və Əmmar bu nikahdan dünyaya gəldi. Əmmar zülm baş alıb gedən cəmiyyətdə böyüyürdü. O, ata-anası ilə birlikdə müsəlman olmuş ilk şəxslərdən idi. Məkkə müşrikləri islamı qəbul etmiş müsəlmanlar əziyyət verirdilər. Müsəlmanlara qarşı növbəti işgəncələr zamanı Əmmarın atası və anası şəhid edildilər. Onlar İslamın ilk şəhidləri hesab olunurlar. Bu iki qəhrəmanın gənc övladı Əmmar təqiyyə etməklə, əqidəsini gözləməklə canını qurtara bildi.
Əmmar ibn Yasir

Əmmar: Cin təriqəti
Əmmar: Cin təriqəti rejissorluğunu Özgür Bakarın, ssenari müəllifliyini Alper Qığılcım və Özgür Bakarın birlikdə etdiyi, baş rolları Duyğu Paracıqoğlu, Eylül Su Sapan, Dilşah Dəmir, Ozan Akbaba və Burak Sarımolanın paylaşdığı türk istehsalı bir qorxu filmidir. Film Türkiyə sinemalarında 119.850 nəfər tərəfindən seyr edilib. == Məzmun == Fəridə ilə sevgilisi Fəridənin ev dostu və onunla arasını düzəltmək istədikləri Barkını həftəsonu tətili üçün bir dağ evinə dəvət edir. Dəvətsiz qonaq Cananın da daxil olması ilə gərgin başlayan səyahət bir-biri ardınca yaranan qorxulu hadisələr nəticəsində içindən çıxılması qeyri-mümkün bir hal alır.

Digər lüğətlərdə