ÇƏNG
ÇƏNGƏ
OBASTAN VİKİ
I Sven Çəngəlsaqqal
I Sven Çəngəlsaqqal və ya Sven (dan. Svend 1. Tveskæg, norv. Svein I Tjugeskjegg, ing. Sweyn I Forkbeard; 17 aprel 963, Danimarka – 3 fevral 1014, Qeynsboro[d], Linkolnşir qraflığı[d]) — Danimarka və Norveç kralı, İngiltərə monarxı, I Haroldun varisi.
Çəngəl (şahmat)
Çəngəl — Şahmat termini. Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu.
Çəngəlquyruqlar
Çəngəlquyruqlar (lat. Diplura) — heyvanlar aləminin buğumayaqlılar tipinin gizliçənəlilər sinfinə aid heyvan dəstəsi. İndiyə qədər çəngəlquyruqların 800-dən çox növü kəşf olunmuşdur. Onlardan 70-i Şimali Amerikada, 2-si isə Avstraliyada yaşayır.
Çəngələbənzər vəzi
Çəngələbənzər vəzi ya timus (lat. thymus) — 15 yaşınadək uşaqlarda olur, sonra reduksiya edərək piy toxuması ilə əvəz olunur, odur ki, uşaqlıq dövrü vəzilərindən hesab olunur. Endokrin sisteminin bronxiogen vəzilərdəndir. Çəngələbənzər vəzinin şəkli müxtəlifdir – gah qısa, qalın, gah uzun, və ensiz olur; embrional dövrdə rəngi çəhrayı, uşaqlarda boz və çəhrayı , böyüklərdə piy toxuması ilə əvəz olunduğu üçün sarımtıl olur. yeni doğulmuşda çəkisi 10-15 q, uzunluğu 5-6 sm, eni (aşağı tərəfdə) 2-4 sm və qlınlığı 1-1,5 sm-dır. Qızlarda çəngələbənzər vəzi oğlanlarınkindən kiçik olur. Çəngələbənzər vəzi iki asimmetrik hissədən. sağ və sol paydan – lat. lobus dexter et sinister ibarətdir. Binlar bir -birilə ancaq piy toxuması ilə birləşmişdir, beləliklə bunların hər birini ayrı-ayrı üzv hesab etmək olur.
İşıq çəngəli
İşıq çəngəli — elektrik cihazlarını elektrik xəttinə calamaq üçün haça şəkilli metal alət. Hər ölkədə fərqli işıq çəngəli və işıq nəlbəkisi standartları tətbiq olunur. Dünyada ən çox iki gərginlik və tezlik sistemi yayılıb. Bunlardan biri 100-127 V, 60 Hz-lik Amerikada , digəri isə 220-240 V, 50 Hz-lik Avropa standartıdır.
Limon çəngəli
Limon çəngəli — limon dilimlərini hərəkət etdirmək üçün istifadə edilən kiçik (4+ düym uzunluğunda) süfrə ləvazimatı. Limon çəngəlləri 19-cu əsrin son rübündə digər xüsusi süfrə ləvazimatları ilə birlikdə məşhurlaşmışdır. Çəngəl süfrədə limon dilimlərinin üzərinə qoyulurdu. Bir çox ixtisaslaşdırılmış qablardan fərqli olaraq limon çəngəlləri 21-ci əsrdə, əsas da restoranlarda hələ də istifadə olunur. Limon çəngəli həmçinin xiyar dilimləri, zeytun, kərə yağı, hisə verilmiş balıq və pendir dilimlərini götürmək üçün də istifadə edilə bilər.
Çəngələr
Çəngələr – Şəki rayonu ərazisində dağ. Daşüz silsiləsinin zirvəsidir. Hündürlüyü 672 metr. Yerli əhalinin məlumatına görə, dağın adı çən (duman, çiskin) və gələr (gəlmək felindən) sözlərindən düzəlib "çənli, dumanlı" mənasındadır.

Digər lüğətlərdə