ÇƏRƏN

(Borçalı, Goranboy, Ucar, Zəngilan)
yabanı bitki adı. – Çərənnən qurd şaxlıyırıx (Zəngilan); – Çərəni gamış yaxşı ye:ir (Ucar)
ÇƏRƏLTMƏ
ÇƏRƏNGÜLƏ
OBASTAN VİKİ
Xırdayarpaq çərən
Xırdayarpaq çərən İranda və Orta Asiyada yayılmış,Terek və Kumey çayları arasından təsvir edilmişdir. Hündürlüyü 20-90 sm olan çoxbudaqlı kolcuqdur,cavan zoğları rənglidir.Yarpaqları xırda və ətli olub,saplağa tərəf qısa,ensizləşəndir.Çiçəkləri ikicinsli,şarvarı,uzunsov-yumurtavarı,qaidədən bir biri ilə bitişikdir.Çiçəkyanlığı yaşıldır,əksər hallarda ətlidir,sərbəst və ya yarıya qədər bitişmişdir.Erkekciyi 5-dir.Dişiciyi 2-5 ağızcıqlı,çiçəkaltlıqları içində topa şəklində 2-6 (20) ədəd olur.May ayında çiçəkləyir,oktyabrda meyvə verir.Toxumları 0,75-1,25 mm uzunluğunda,ovalşəkilli hamar,qara,parlaqdır. İstiyə və duzadavamlı bitkidir.Şoranlaşmış torpaqlarda bitir. Abşeron,Kür-Araz ovalığı və onun şərq hissəsində Salyan,Muğan çölündə,Cənub-şərqi Şirvanda,Naxçıvan düzənliyində yayılmışdır.Xırdayarpaq çətənə cəngəlliklərdə rast gəlmək olar.Müstəqil qruplaşmalar əmələ gətirir və şoran səhra və yarımsəhralarda bitir. Potaş hazırlanmasında istifadə olunur.Tərkibində alkaloidlər vardır. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Çərən (Miyanə)
Çərən — İranın Şərqi Azərbaycan ostanında kənd.. Miyanə şəhristanının Türkmən bölgəsinin Tirçayı kəndistanında, Türkmən qəsəbəsindən 17 km şimal-şərqdədir.
Kol çərəni
Kol çərəni Dərbən və Kür çayı arasındakı ərazidən təsvir edilmişdir.Qafqazda,Avropada,Orta Asiyada təbii halda bitir. 20-60 sm hündürlüyündə,geniş şaxələnmiş,boz rəngli kolcuqdur.Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstdir,çiçəkləyəndən sonra sıxlaşır.May ayında çiçəkləyir.Noyabr ayında isə meyvə verir.Toxumları ovalşəkilli,qara rəngli,xırda nöqtəli,parıldayandır. Duzadavamlı bitkidir.Şoranlıqlarda və şoranlaşmış gilli yamaclarda dağınıq və qrup halda bitir. Xəzər və Kür-Araz ovalıqlarında,Qobustanda,Naxçıvan düzənliyində,aranda,dağ ataəyində,səhra və yarımsəhralarda geniş yayılmışdır. Potaş hazırlamaq üçün xammal kimi istifadə edilir.Qış otlaqlarında payızın axırlarında və şaxtalar düşdükdən sonra dəvələr və xırdabuynuzlu mal-qara tərəfindən yeyilir. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Çərəndab qəbiristanlığı
Çərəndab qəbiristanlığı “Məqbərətül-Füzəla” — Təbriz in üç tarixi məzarlığından biri. Çərəndab məhəlləsində yerləşirdi. Məqbərətül-Füzəla adı daşıyan bu məzarlıqda əsasən dövlət xadimləri dəfn edilmişdi.

Digər lüğətlərdə