1. Bitki gövdəsinin və ya kökünün daha yumşaq olan daxili mərkəzi hissəsi.
2. Çibanın, çirkli yaranın ortasında olan bərk iltihablı hissə. Çibanın özəyi.
□ Özək bağlamaq – bax özəkləmək. Yara özək bağladı.
3. Böyük bir birləşmənin əsas tərkib hissəsini təşkil edən kiçik təşkilat qrupu; əsas, özül.
[Barat:] Dərsdən sonra özəyimizin iclasını çağırmışam.
Dilşad özək iclaslarında … müəyyən çıxışlarda bulunur, ümumun təqdirini qazanırdı.