ÜRPƏŞMƏK
ÜRYANLIQ
OBASTAN VİKİ
Üryan Xıdır
Sultan (Üryan) Xıdır ziyarətgahı, Türkiyədə, Tunceli bölgəsində Pərtək-Hozat yolu kənarında bir təpənin üzərində yerləşən Dorutay (Zeyvə) kəndindədir. Bu kənddə Üryan Xıdırın (Sultan Xıdırın) ziyarətgahı var. Bu ocaq övladı olmayanlar, dəlilər və əlacı olmayan xəstələrin üz tutduqları müqəddəs yerdir. Ocağın Adıyaman, Malatya, Çorum, Sivas, Kahramanmaraş və Ərzurumda da ziyarətçiləri var. Ayrıca Suriyanın Əfrin şəhərindən də bura ziyarətə gəlirlər. Xubyar pirinin dədələri mürşüd ocaqlarının Üryan Xıdır olduğunu söyləyirlər. Rəvayətə görə Zeyvə kəndi yaxınlarında yaslı bir adam yaşarmış. O tarixlərdə Sultan Əlaəddin ordusu ilə birlikdə buraların kəşfiyyatını apararkən axşam olur və Zeyvə kəndi yaxınlarındaki Sultan gölü mövqeyində gecələməyə qərar verir. Çadırlar qurulur, yerləşmə başlayır. O sırada Sultan Əlaəddinin yanına gələn gözətçilərdən biri "Sultanım, irəlidə içində işıq yanan çadıra bənzər bir şey var" deyir.
Baba Tahir Üryan
Baba Tahir Üryan (fars. بابا طاهر‎ — Bâbâ Tâher, d. təxminən 1000 — ö. 1055) — İranlı sufi şair. == Həyatı == Həyatı haqqında yetərli bilgi yoxdur. Qaynaqlarda ona bəzən Həmədani, bəzən də Lori nisbəsi verilməsi onun Həmədanla Loristan arasında bir yerdə doğulmuş ola biləcəyi ehtimalını xatirə gətirməkdədir. Bu iki yer arasındakı Xürrəmabadda onun adını daşıyan bir məhəllə vardır. Baba Tahirin müəmma janrında yazdığı bir qitəsindən faydalanılaraq 938-ci ildə doulğduğu irəli sürülməkdədir. Bu tarix, Rzaqulu xan Hidayətin onun ölüm tarixi olaraq verdiyi 1010-cu il tarixi ilə bağdaşa bilməkdədir . Ravəndinin "Rahatüś-śudur" adlı əsərindəki bir qeydə görə isə Səlcuqlu sultanı Toğrul bəy 1055-ci ildə doğru Həmədana gəldiyində, o sırada burada şöhrət tapmış üç şeyxdən biri olan Baba Tahir Üryanı ziyarət etmişdi.
Üryandağ
Üryandağ - Xocavənd rayon mərkəzindən 9 km cənubda, Füzuli rayonunun Yuxarı Veysəlli kəndi ilə həmsərhəd ərazidə qeydə alınan dağ. Dağın maksimal hündürlüyü 580 metrdir. Oronim tərkibindəki üryan sözü ərəb dilində "lüt, çılpaq" anlamındadır. Dağda ağac, kol bitmədiyi və yaşllıqdan heç bir əlamət olmadığı üçün toponim belə ad almışdır.
Üryanizadə Əhməd Əsad Əfəndi
Üryanizadə Əhməd Əsad Əfəndi (1813, Konstantinopol – 17 yanvar 1899, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Ali el-Murtazâ, İlâveli Mecmûa-i Cedîde, İstanbul 1326–29, s. 4, 9–10, ayrıca bk. tür.yer. İlmiyye Salnâmesi, s. 609–612. Sicill-i Osmânî, I, 344. Abdurrahman Şeref, Târih Musâhabeleri (İstanbul 1339) (haz. Enver Koray), Ankara 1985, s. 249–250.

Digər lüğətlərdə