ÜZ-ÜZƏ

bax üzbəüz.
Oturub üz-üzə üç nəfər çoban; Yanıq Əjdər, Qara Qurban, gənc Osman. H.K.Sanılı.
Vaxt olur, üz-üzə də; Əyləşir iki düşmən. H.Hüseynzadə.

□ Üz-üzə gəlmək1) bax üzbəüz gəlmək.
…Mirzağa Cəmilə ilə yenə üz-üzə gəldi. S.Hüseyn.
Səməd əmisi ilə üz-üzə gələndə həmişə ürəyində bir sıxıntı, qorxu və narahatlıq hiss edərdi. İ.Hüseynov;

2) məc. toqquşmaq, çarpışmaq.
Azğın küləklərlə gəlib üz-üzə; Gah batdım dənizə, gah çıxdım üzə. Ə.Cavad.
Təbiətlə nə qədər; İnsan üz-üzə gəldi. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜZ-ÜZƏ üz-üzə bax üzbəüz
ÜZ-GÖZ
ÜZBƏÜZ

Digər lüğətlərdə