ÜZDƏN

zərf
1. Az dərinlikdə, dayaz. Üzdən belləmək.
2. məc. Səthi, dərindən olmayaraq. Əsərlə üzdən tanış olmaq.
◊ Üzdən görmək (getmək) – mahiyyətinə varmamaq, çox dərinə getməmək, səthi baxmaq, ürəyinə salmamaq.
[Vaqif:] Ay Molla Vəli, – dedi, – bu, insanın özündən asılıdır, insan gərək üzdən getsin, çox dərinə əl aparmasın. Çəmənzəminli.
Bu vaxta qədər Şirzad elə bilirdi ki, Yarməmməd üzüyola bir məzlumdur, hər şeyə inanır, hadisələri üzdən görür. M.İbrahimov.

Üzdən iraq – özündən sonra gələn (adətən deyilməsi münasib olmayan) sözün və ya ifadənin təsirini azaltmaq üçün ara söz kimi işlədilir.
[Zeynal:] …Bir kişinin, üzdən iraq, bir eşşəyi qalıbmış. Ə.Əbülhəsən.

Üzdən olmaq – biabır olmaq, abrı getmək.
Əzizim, üzdən oldum; Söhbətdən, sözdən oldum; Bir bivəfa yolunda; Ağladım, gözdən oldum. (Bayatı).

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜZDƏN səthi — ötəri — başdansovma — dilucu — gözucu

Antonimlər (əks mənalı sözlər)

  • ÜZDƏN ÜZDƏN – DƏRİNDƏN Üzdən özünü elə aparırdı ki, guya onları ürəkdən istəyəndir (“Azərbaycan”); Gülsabah Əbilin gözlərinə baxıb dərindən köksünü ötürdü (
ÜZDƏ
ÜZDÜRMƏ

Digər lüğətlərdə