ŞAFTALI

is. [ fars. ] Qabığı hovlu, sarıqırmızı rəngli, iritumlu, şirəli meyvə.
Şaftalı gəlməmiş tabağı gəldi. (Məsəl).
Şaftalı, ərik və tut ağacları baş-başa verərək günün qabağını çətir kimi tutur, yaşıl otların, tər yoncanın üzərinə sərin kölgə salırdı. İ.Əfəndiyev.

// Şaftalıdan bişirilmiş, hazırlanmış. Şaftalı mürəbbəsi. Şaftalı cemi.

Etimologiya

  • ŞAFTALI Sözün alı (alu) hissəsi meyvə deməkdir (gavalı...), şaft hissəsini fars sözü ilə bağlayırlar: fars meyvəsi
ŞAFRÁN
ŞAFTALILIQ

Digər lüğətlərdə