ŞIRIM

is.
1. k.t. Torpaqda kotanın və ya başqa alətin açdığı dərin iz, zolaq. Tarlalar şırımlarla suvarılır.
– Gülşən dayanıb traktorun səsinə qulaq asır, çevirdiyi torpağa, açdığı şırımlara tamaşa edirdi. Ə.Vəliyev.
Şumlanan düzlərə baxıram, odur; Uzanır çöl boyu ağ-ağ şırımlar. Ə.Cəmil.

2. məc. Zolaq, xətt, tikiş yeri, çapıq yeri. Üz-gözündə şırım görünür.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞIRIM zolaq — iz

Etimologiya

  • ŞIRIM Güman ki, bu söz cırmaq feilindən yaranıb, cırım kimi olub, sonra ilk səs də­yişib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ŞIRILTILI
ŞIRIM-ŞIRIM
OBASTAN VİKİ
Şırımlı Avstraliya yastıcası

Digər lüğətlərdə

а́лчность захребе́тница зернь переды́х подыска́ться прихму́риться разузнава́ть гадёныш люмпенизи́рованный мино́га многостано́чный нечита́бельность перекача́ть русофи́лка палтас сурла back-cast blueing circular polarization Marine Corps thymin выводной засвистать полумера проступок