ŞƏRİƏT

is. [ fars. ] İslam dini və hüquqi normalarının məcmusu, islam qanunları.
Mərifət şərbətin içə bilmirəm; Şəriət dəryadı, keçə bilmirəm… Aşıq Ələsgər.
Əsmər yenə şəriətin hökmüncə [Məmmədbağırın] halal arvadı olub qalırdı. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞƏRİƏT ŞƏRİƏT (din.), QANUN (islam qanunları)
ŞƏRİD
ŞƏRİƏTXANA
OBASTAN VİKİ
Şəriət
Şəriət (ərəb. الشريعة‎) — İslamda qəbul edilən ibadət, davranış və cəzalarla əlaqəli bütün dini qanun anlayışlarına və qaydalarına verilən ad. Fiqh, digər tərəfdən, şəriətdə bu qanun və qaydaların nəzəri və praktiki tətbiqi araşdırmaları ilə əlaqəli və şəriətin nə mənada olduğunu müəyyənləşdirən fəaliyyətlərə verilən addır. Dini terminologiyada şəriət ayələr və hədislər kimi dinin mənbəyi kimi qəbul edilən Allah və Məhəmməd peyğəmbərin kəlamlarına, fiqh isə dini rəhbərlərin sözləri və hərəkətlərinə və onların şərhlərinə istinad edir. Qurana əsaslanan şəriət qanunları əsas mənbə kimi əsrlər boyu islam cəmiyyətlərini və bir çox məsələlərdə kişi və qadınlar arasında münasibətlər, müharibə, nikah, boşanma, irs mübadiləsi, şəhadətnamə kimi müəyyən edilmiş qaydalarla sosial həyatı tənzimləmişdir. Qadın geyimləri ilə bağlı dəqiq çərçivənin olmaması, Qadın geyimləri haqqında əmrin rejimi ilə Qurani-Kərimdə ifadə edilmiş cümlələrdə, ideyaların yaranmasına gətirib çıxarmışdır, hansılar ki, İslamda əsrlər boyu müzakirə edilmişdir, hansılar ki, bir sonunda qadın geyimlərini yalnız qadının cinsiyyət orqanlarını əhatə etmək üçün kifayətdir, digər tərəfdən və şəxslər də daxil olmaqla, bütün bədəni örtməyə qadını məcbur edirdilər. İslam fiqhinin məzhəbləri Quranı dinin əsas mənbəyi hesab edirlər. Vacib (fərz, vəcib və sünnət) əməllərdən əl çəkmək və pis (məkruh və haram) olaraq təyin olunan işləri etmək cəzaya səbəb olur. (hadd və ya tazir cəzaları) Klassik şəriət tətbiqlərindən bəzilərinə ciddi insan haqları pozuntuları daxildir. 'Müharibələrdə əsir götürülmüş' qadınların vəziyyəti insan hüquqları baxımından kritik bir mövzudur.
Ayətullah Kazım Şəriətmədari
Seyid Məhəmməd Kazım Şəriətmədari (az.-əski. سید محمد کاظیم شریتمداری‎; fars. محمد کاظم شریعتمداری‎), həmçinin Şəriət-Madari (6 yanvar 1906, Təbriz – 3 aprel 1986, Tehran) — İranın böyük ayətullahı. Əslən İran azərbaycanlılarındandır. O, din xadimlərinin hökumət vəzifələrindən uzaq tutulması kimi ənənəvi şiə praktikasının tərəfdarı idi və ABŞ-ın Tehrandakı səfirliyində diplomatların girov götürülməsini pisləyən Ali Rəhbər Ruhullah Xomeynini tənqid edirdi. == Bioqrafiya == === Erkən həyat və təhsil === 1906-cı ildə Təbrizdə azərbaycanlı (türk) ailəsində anadan olan Şəriətmədari İran və İraqda on ikilik şiələrinin ən yüksək səviyyəli ruhanilərindən biri olub, uzaqgörənliyi və liberal baxışları ilə tanınıb. 1961-ci ildə Ali və Böyük Ayətullah Bürücirdinin (Mərcə' Mutlaq) vəfatından sonra İran, Pakistan, Hindistan, Livan, Küveyt və Fars körfəzinin cənubundakı dövlətlərdə ardıcılları ilə aparıcı mərcələrdən birinə çevrilib. 1963-cü ildə o, şahın Ayətullah Xomeynini Böyük Ayətullah kimi tanıyaraq onu edam etməsinə mane oldu, çünki İran konstitusiyasına görə bir Mərcə edam edilə bilməzdi. Bunun əvəzinə Xomeyni sürgün edildi. Aparıcı müctəhid kimi o, Xomeyninin gəlişinə qədər Qum seminariyasının rəhbəri idi.
Dua (Əli Şəriəti)
Dua — Əli Şəriətinin elmi-fəlsəfi əsəri. == Məzmun == Dr. Əli Şəriətinin dərin düşüncələrinin və mənəvi dünyasının məhsulu olan “Dua” kitabı onun digər əsərləri içərisində öz parlaqlığı ilə seçilir. Kitabın birinci hissəsində Dr. Şəriətinin tərcümə etdiyi Nobel mükafatı laureatçısı Aleksis Karrelin mövzu dərinliyi ilə insanı heyrətləndirən “La Priere” (Dua) kitabçası yer almışdır. Sonrakı hissələrdə isə Dr. Şəriətinin özünün duanın mahiyyəti, fəlsəfəsi, eşq, ehtiyac və mübarizə kimi məsələlərin müasir nəzəriyyələrlə qarşılaşdırılması və təhlili, müsəlmanlar arasında durğunluğa səbəb olmuş bu mövzulara müəllifin geniş elmi və dünyagörüşü pəncərəsindən orijinal baxışları yer almışdır. Kitabın ən həyəcanlı səhifələri isə Dr. Şəriətinin coşqun, dərdli, fəlsəfi, tənqidi, üsyankar ruhundan pərvazlanan dualarıdır. Əslində isə, bu, dua müstəvisində onun İslam cəmiyyəti ilə bağlı arzularının və qəlb çırpıntılarının təzahürüdür.
Məhəmməd Kazım Şəriətmədari
Seyid Məhəmməd Kazım Şəriətmədari (az-əbcəd. سید محمد کاظیم شریتمداری‎; fars. محمد کاظم شریعتمداری‎), həmçinin Şəriət-Madari (6 yanvar 1906, Təbriz – 3 aprel 1986, Tehran) — İranın böyük ayətullahı. Əslən İran azərbaycanlılarındandır. O, din xadimlərinin hökumət vəzifələrindən uzaq tutulması kimi ənənəvi şiə praktikasının tərəfdarı idi və ABŞ-ın Tehrandakı səfirliyində diplomatların girov götürülməsini pisləyən Ali Rəhbər Ruhullah Xomeynini tənqid edirdi. 1906-cı ildə Təbrizdə azərbaycanlı (türk) ailəsində anadan olan Şəriətmədari İran və İraqda on ikilik şiələrinin ən yüksək səviyyəli ruhanilərindən biri olub, uzaqgörənliyi və liberal baxışları ilə tanınıb. 1961-ci ildə Ali və Böyük Ayətullah Bürücirdinin (Mərcə' Mutlaq) vəfatından sonra İran, Pakistan, Hindistan, Livan, Küveyt və Fars körfəzinin cənubundakı dövlətlərdə ardıcılları ilə aparıcı mərcələrdən birinə çevrilib. 1963-cü ildə o, şahın Ayətullah Xomeynini Böyük Ayətullah kimi tanıyaraq onu edam etməsinə mane oldu, çünki İran konstitusiyasına görə bir Mərcə edam edilə bilməzdi. Bunun əvəzinə Xomeyni sürgün edildi. Aparıcı müctəhid kimi o, Xomeyninin gəlişinə qədər Qum seminariyasının rəhbəri idi.
Sabah Şəriəti
Sabah Saleh oğlu Şəriəti (1 yanvar 1989, Sənəndəc) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Sabah Şəriəti 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub. Sabah Şəriəti həm də 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının gümüş medalına, 2019-cu ildə Belarusda isə II Avropa Oyunlarının bürünc medalına sahib olub. Sabah Şəriəti Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib. Sabah Saleh oğlu Şəriəti 1989-cu il yanvarın 1-də Sənəndəc şəhristanının Sənəndəc şəhərində anadan olub. 2002-ci ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Cəmşid Xeyrəbadidir. Sabah Şəriəti 2009-cu ilin aprelində Azərbaycanda baş tutan "Azerbaijan Wrestling Federation Cup" beynəlxalq turnirində mübarizə apardı və turnirin qalibi oldu. 2010-cu ilin fevralında isə o, İranın Qum şəhərində baş tutan Yadigar İmamın xatirəsinə həsr olunan beynəlxalq turnirdə 8-ci pillənin sahibi oldu. Daha sonra Sabah Şəriəti İran yığmasının məşqçilərinin ona etimad göstərməməsinə görə üç il beynəlxalq turnirlərdə mübarizə apara bilməmişdi.
Əli Şəriəti
Əli Şəriəti (fars. علی شریعتی‎; 23 noyabr 1933, Mazinan[d], Rəzəvi Xorasan ostanı – 19 iyun 1977, Sauthempton, Hempşir qraflığı[d]) — İranlı ilahiyyatçı, sosioloq, tarixçi. İran İslam İnqilabının əsas ideoloqlarından biri. Əli Şəriəti Məzinani 23 noyabr 1933-cü ildə İranın Xorasan əyalətinin Səbzivar bölgəsinin Məzinan çölünün Kahək qəsəbəsində, dindar ailədə dünyaya gəlmişdir. Əli Şəriəti hələ kiçik olarkən ailəsi Məşhədə köçmüş və o, 7 yaşında Məşhəd şəhərində orta məktəbə getmişdir. 16 yaşında orta məktəbi bitirən Əli pedaqoji məktəbə daxil olur. Oranı bitirdikdən sonra bir neçə il orta məktəbdə müəllimlik edir, eyni zamanda 1956-cı ildə Məşhəddə yeni açılan Ədəbiyyat İnstitutuna daxil olur və oranı bakalavr diplomu ilə bitirir. O, institutda oxuyarkən Tələbələrin Ədəbi Məclisinə sədrlik edirdi. 1960-cı ildə təhsilini davam etdirmək üçün dövlət büdcəsi ilə Avropaya, öz seçimi ilə Fransaya, Parisin Sarbonna Universitetinə göndərilir. Əli Şəriəti beş il Sarbonna Universitetində "Tarix" fakültəsində "Ədəbiyyat və dinlər" ixtisası üzrə oxuyaraq doktorluq dərəcəsi almışdır.
Ayətullah Şəriətmədari hərəkatı
Ayətullah Şəriətmədari hərəkatı (az.-əski. آیتوللاه شریتمداری حرکاتی‎; fars. قیام آیت الله شریعتمداری‎) —‎ böyük ayətullah Məhəmməd Kazım Şəriətmədari və onun tərəfdarlarının İranın Azərbaycan vilayətlərinin muxtariyyəti uğrunda hərəkatı. Müsəlman Xalq Respublikası Partiyasının (MXRP) İran İslam İnqilabından sonra yeni qurulan hökumətə etirazları, nəhayət, ikisi arasında kütləvi qarşıdurmaya səbəb olmuşdur. Bu qarşıdurma xüsusilə Azərbaycanın mərkəzi sayılan Təbriz şəhərində özünü büruzə vermişdir. Liberal fikirləri ilə tanınan və ruhanilərin hakimiyyətdə roluna qarşı çıxan Şəriətmədari və MXRP 1979-cu ildə yeni konstitusiya ilə bağlı referendumu boykot etmiş, yeni rejimə qarşı aksiyalar keçirilmişdir. Şəriətmədarinin evinə hücumdan və onun mühafizəçilərindən birinin ölümündən sonra bu nümayişlər şiddətlənmiş, qiyam xarakteri almışdır. Vilayətlərin yerli özünüidarəetməsini dəstəkləyən İran azərbaycanlıları və kürdləri Təbrizdə, Urmiyada, Ərdəbildə və Germidə çox sayda hökumət binası etirazçılar tərəfindən ələ keçirilmişdir. Qiyamı yatırmaqda çətinlik çəkən Ruhullah Xomeyni Şəriətmədari ilə görüşmüş, burada Təbrizin bombalanması ilə bağlı təhdidlər etmişdir. Azərbaycanda gerilla müharibəsinin imkanlarının az olmasından və kürdlərin mart üsyanında baş vermiş qətliamların təkrarlanmasından narahat qalmış Şəriətmədari etirazçıları çəkilməyə çağırmışdır.

Digər lüğətlərdə