1. Əlin içi ilə vurulan zərbə, şillə. Üzünə bir şapalaq çəkdi.
– Məşədi Salman axırıncı dəfə bu cavabı eşitdikdə Məmmədə bir şapalaq vurdu.
…[Çobanların] çomaqları ki əlindən düşdü kütləşdilər, yəni yumruqla, şapalaqla bir şey eləyə bilmirdilər.
2. Ovuc, əliçi.
Qoca yemə cumdu, … iki şapalaqda payının yarısını ötürdü.
□ Şapalaq vurmaq – ovcu ilə, əlinin içilə götürmək, ovuclamaq.
Bəziləri, xüsusən kişilər sol əllərini yerə verib, sağ əli ilə aşa iri şapalaqlar vururdular.
◊ Şapalaqla üz qızartmaq – bir şeyi süni yolla gizlətməyə, yaxşı göstərməyə çalışmaq.
[Hacı:] Mən şapalaqla üz qızardıram, xaricilər elə bilirlər ki, Hacının qızılı daşır.