ƏFKAR

is. [ ər. “fikr” söz. cəmi] Fikir. [Qətibə:] Bu tədbir azərbaycanlıların bizim əleyhimizə olan hər bir təşəbbüsünə son qoyar.
Xalqın əfkarı sakit olar. M.S.Ordubadi.
Yormuşdu bütün ruhumu, əfkarımı aləm; Bir dağ ətəyində düşünürdüm təkü tənha. A.Şaiq.

◊ Əfkari-ümumiyyə – bir şey haqqında ictimaiyyətin (xalqın, camaatın) fikri, rəyi, münasibəti.
[Tehrani:] Sərhəng, Azərbaycandakı hadisələr dünya əfkari-ümumiyyəsini həyəcana gətirmişdir. Ə.Məmmədxanlı.
Qəzetlər əfkari-ümumiyyəni toplamışdı. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏFKAR əfkar bax fikir 2; rəy 1
ƏFİL-ƏFİL
ƏFQAN

Digər lüğətlərdə