ƏBƏDİYYƏT

is. [ ər. ]
1. Əbədilik, daimilik; həmişə var olan şey.
[İlyas:] İlin dəyişməsi qarşımızda, yel vurarkən sönüb dirilən bir şamı andırdığı kimi, insan həyatı da əbədiyyət qarşısında belə bir şeydir. Çəmənzəminli.
Aç gözünü varlığa bax, indi başqa səhərdir; Əbədiyyət – bu dünyada göstərilən hünərdir. S.Vurğun.

// İntəhası olmayan zaman; intəhasızlıq.
Nəhayət, əbədiyyət qədər uzun görünən bir dəqiqə bitdi və qapını açdılar. S.Rəhman.
Ulduzun alman əsarətində keçirdiyi bu üç ay ona cəhənnəmi bir əbədiyyət kimi gəlirdi. Ə.Məmmədxanlı.

2. Sonsuz gələcək zaman.
[Ərən:] İştə, əzəliyyət və əbədiyyət! Çəmənzəminli.
[Fəridə:] Bütün gözəl musiqilər bizi əbədiyyətə aparır. Ə.Məmmədxanlı.

◊ Əbədiyyətə qovuşmaq – əbədi olmaq.
“Ölüm” sözünün nə demək olduğunu bilməyən Girdman igidləri vuruşma meydanında yıxılıb həyatla vidalaşarkən “əbədiyyətə qovuşdu” deyərdilər. M.Hüseyn.
Vətənin yolunda ölən şəhidlər; Ölmür, qovuşurlar əbədiyyətə. M.Araz.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏBƏDİYYƏT əbədiyyət bax əbədi

Antonimlər (əks mənalı sözlər)

  • ƏBƏDİYYƏT ƏBƏDİYYƏT – MÜVƏQQƏTİ Dünyaya bir dəfə gəlsə də insan; Yenə əbədiyyət onundur, fəqət (S.Rüstəm); Əziz bacı, müvəqqəti həyatımın əbədi yadigarı bu əksi
ƏBƏDİYYƏN
ƏBƏKÖMƏÇİ

Digər lüğətlərdə