ƏNBƏRBAR sif. [ ər. ənbər və fars. …bar] klas. şair. Ənbər saçan, ətir saçan. Ənbərbar zülf. – Görməmişəm belə bir səfalı zülf; Çox sünbüli-ənbərbarı tutmuşam. M.P.Vaqif.