1. Fikir, qayğı.
Mənəm qalan haman bu əndişədə; Zəmanə dönübdür, qovğayə bir bax.
Aldılar cümlə əllərə tişə; Yox könüllərdə özgə əndişə.
İnsanın əndişəsi çoxaldıqca onun yuxu görməyi də artır.
2. Narahatlıq, təlaş, nigarançılıq, təşviş, iztirab, qorxu.
[Yusif:] Musanın, o bədbəxt qardaşımın iztirab və əndişələri həp sönüb bitdiyinə bir aydın şahiddir.
Firidun bir zaman parlaq ay işığında Gülnazgilin yatdığı səkiyə çıxdı, əndişə ilə dolu o gecəni xatırladı.
□ Əndişə etmək, əndişəyə düşmək, əndişə çəkmək – narahat olmaq, nigaran qalmaq, təşvişə düşmək, iztirab çəkmək, qorxmaq.
Doyunca zövq alaq nazü qəmzədən; Əndişə çəkməyək heç bir kimsədən.
[Yusif şah:] Deyərsən ki, mənim cəhətimdən əndişə etməsin, sabah oğlanlarını hüzura göndərsin.
Əndişə oyandırmaq – narahatlığa, təşvişə səbəb olmaq, qorxu, ehtiyat doğurmaq.
// Şübhə, vəsvəsə, təlaş.