Ərəbxana
Ərəbxana — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd.
== Toponimikası ==
Ərəbxana oyk. Kürdəmir r-nunun Mollakənd i.ə.v.-də kənd. Şirvan düzündədir. Əsl adı Ərəb Xanədandır. Oykonim ərəb etnoniminə xanədan (İran dillərində "ev, mənzil"; "nəsil") sözünü əlavə etməklə yaranmışdır, "ərəb nəsli, ərəb evi" mənasındadır. Ermənistanın Gorus r-nunda da Ərəbxana adlı kənd olmuşdur.
== Əhalisi ==
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 982 nəfər əhali yaşayır.
=== Tanınmış şəxsləri ===
Zabit Quliyev — Azərbaycanın Milli Qəhrəmanı
== İqtisadiyyatı ==
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.