Əsməqovaq
Əsməqovaq və ya titrək qovaq (lat. Populus tremula L.) — Söyüd fəsiləsinə adi bitki növü
Populus tremula L. (P. pseudotermula N. Rubtz., P. termula — var. P. microtermula Grossh.) Hamar boz qabıqlı hündür ağacdır. Yarpağının saplağı uzundur, yuxarı hissədə çox yastılaşmış, bəzən uzunluğuna görə yarpaq ayasının uzunluğuna bərabərdir.
== Yarpaq ==
Yarpaqların eni çox vaxt uzunluğundan böyük olub, çılpaqdır, üst tərəfdən yaşıl rəngdə və parlaqdır, alt tərəfdən solğun və
göyümtüldür, kənarları adətən dəyirmi küt dişcikləri olan oyuq-dişlidir, yuxarı hissədə qısa sivriləşmişdir; uzanmış budaqlarının yarpaqları enli-yumurtaşəkillidir, qaidəsi demək olar ki, bir qədər düz və ya ürəkşəkillidir, uzunluğu 3–7 sm, eni 4–8 sm-dir; qısalmış budaqların yarpaqları isə enli-əksinəyumurtaşəkilli, dəyirmi və ya enliyumurtaşəkillidir, qaidə hissəsi enli-pazşəkilli və ya biraz ürəkşəkilli olur
== Çiçək: ==
Sırğaları 4–11 (15) sm uzunluqda, eni isə 2 sm-ə qədər olub, tüklüdür; çiçəkaltlığının pulcuqları barmaqvari-bölünmüş, kənarlardan
kirpikvari-tüklüdür, qaramtıl-qəhvəyi rəngdədir.
== Çiçəkləməsi ==
Mart
== Meyvə verməsi ==
Mart-Aprel
== Azərbaycanda yayılması ==
BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, bəzən Nax. dağ. Orta, nadir hallarda aşağı dağ qurşaqlarında. (850–2000 m d.s.y.)
== Yaşayış mühiti ==
Meşələrdə rast gəlinir.
== Təsərrüfat əhəmiyyəti ==
Dərman kimi istifadə olunur.