ƏTİQƏ

sif. [ ər. ] Qədim, köhnə, əski.
□ Asari-ətiqə – bax asar.
// İs. mənasında. Qədim şey, tapıntı.
Misir ətiqələri ilə uğraşan alimlər ehramlarda, mədfənlərdə və sair yerlərdəki şəkilləri və yazıları araşdıraraq iyirmi iki şəkil (hərf) tapmışlar. F.Ağazadə.

ƏTİQ
ƏTİR
OBASTAN VİKİ
Ətiqə İzmayılova
Ətiqə İzmayılova (19 mart 1932 – 2006) — Azərbaycanın aparıcı etnoqroflarından biri == Həyatı == 1932-ci il martın 19-da Bakı şəhərində anadan olmuşdur. Öz əmək fəaliyyətini Talış mədəniyyəti və sosial həyatının mütəxəssisi kimi başlayaraq, sonradan o Azərbaycan milli geyimləri ilə məşğul olmuşdur. Ali təhsilini 1955-ci ildə Moskva Dövlət Universitetinin Tarix fakültəsində, elmlər namizədi dərəcəsini isə SSRİ EA-nı Mikluxa-Maklay adına Etnoqrafiya İnstitunda almışdır. Uzun illər müddətində Azərbaycan EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda və Azərbaycan Milli Tarix Muzeyində çalışıb. Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya şöbəsinə rəhbərlik edib.

Digər lüğətlərdə