ƏZƏMƏTLİ Təyyarəmiz başdan-başa qarla örtülmüş bu əzəmətli şəhər üzərində uçur (M.Hüseyn); BÖYÜK Həmin insanlar; böyük binalar diqqətlə bax! (S.Vurğun); MƏĞRUR [Attal:] Hər yerə at sürdü bu məğrur dünya; Duz ilə, çörəklə çıxdı qarşıya (A.Şaiq); MONUMENTAL Küçənin böyük bir hissəsini tutmuş çoxmərtəbəli və çoxguşəli monumental bir binaya yaxınlaşdıqda mən yoldaşları sevindirirəm (M.İbrahimov); MÖHTƏŞƏM Onun Moskvanın geniş küçələri, qədim binaları, Kreml hasarları, yenə əvvəlki kimi möhtəşəmdir (M.Hüseyn).