1. Çox istəmək, nazını çəkmək, nazı ilə oynamaq, bütün istəklərini yerinə yetirmək, ərköyün böyütmək.
Mehriban isə [Şərifəyə] tam mənası ilə analıq etmiş, onu sevib əzizləmiş və böyütmüşdü.
Onda nə üçün anan səni belə əzizləyir?
Ata-anası da, dayısı da Müşkünazın nazı ilə oynayar, onu əzizlər, üstündə zağ-zağ əsərdilər.
2. Hörmət etmək, böyük qayğı göstərmək.
3. Həddən artıq sevmək, müqəddəs bir şey kimi qoruyub saxlamaq. Dostun məktubunu əzizləmək. Kitabı əzizləmək.
– Qoydu əzizləyib isti qoynuna; Eşqin ərməğanı ad verdi buna.
Yaxın gəlmirdi ona paltarlar, qaş-daşlar da; Əzizlədiyi şeylər qoymuşdu onu darda.